Atəşkəs olmadı. Müharibənin 15-ci günü…

Abramoviç, Deripaska sanksiya siyahısında

Böyük Britaniya bir neçə rusiyalı milyarderi sanksiya siyahısına salıb. Premyer Liqada oynayan “Çelsi” futbol klubunun sahibi, milyarder Roman Abramoviç, sənayeçi Oleq Deripaska da siyahıdadır. Bu şəxslərin Britaniyadakı aktivləri dondurulur, onlara səyahət qadağası qoyulur.

Görüş bitdi: Atəşkəs razılaşması əldə olunmadı

Ukraynanın Xarici İşlər naziri Dmitro Kuleba rusiyalı həmkarı Sergey Lavrovla görüşdə atəşkəslə bağlı razılaşma əldə olunmadığını deyir. ​

Görüş bitdi: Atəşkəs razılaşması əldə olunmadı

Ukraynanın Xarici İşlər naziri Dmitro Kuleba rusiyalı həmkarı Sergey Lavrovla görüşdə atəşkəslə bağlı razılaşma əldə olunmadığını deyir. 

Çin Ukrayna ilə bağlı Rusiya deyəni deyir…

“ABŞ-ın Ukraynadakı biolaboratoriyaları son vaxtlar gerçəkdən böyük diqqət çəkir”, – Çin Xarici İşlər Nazirliyinin sözçüsü Çjao Liszyan martın 8-də deyib. Bu konspirologiyanı Rusiya mediası, onlayn hesabları mütəmadi ortaya atır. Qərbin bəzi rəsmilərinin fikrincə, Kreml işğalını həm də Ukraynanın bioloji və nüvə silahları üzərində işləməsi ilə əsaslandırmağa çalışır.

Ukraynada öldürülən dinc sakinlərin sayı 516 nəfərdir

Donetsk vilayətində böyük şəhər olan Mariupol bir həftədən çoxdur mühasirədədir, şəhərdə işıq, istilik, yemək yoxdur. Martın 9-da şəhər xəstəxanasına güclü aviazərbə endirilib, xəstəxananın doğum şöbəsinə ziyan dəyib. 17 yaralının olduğu bildirilir. 

Azadlıq radiosu