Müharibənin 14-cü günü – Humanitar dəhlizlər açılır

Zelenski yenə səmanı bağlamağa çağırır

Zelenski Qərb ölkələrini Polşanın təklifini təcili həll etməyə çağırıb. Təklif onun ölkəsini Rusiya istehsalı olan MiG-29 qırıcıları ilə təchizatını nəzərdə tutur. 

“Mcdonalds”, “Coco-Cola”, “Pepsi” və “Starbucks” kimi şirkətlər Rusiyadan getdi

Təkcə “Mcdonalds” şirkəti Rusiyadakı 847 restoranını bağlayıb.

13.6 milyard dollarlıq yardım

ABŞ Konqresinin liderləri martın 9-da Ukraynaya 13.6 milyard dollarlıq yardımla bağlı razılaşma əldə ediblər. Məqsəd Ukraynanın Rusiya işğalını dəf etməsinə və İkinci Dünya müharibəsindən sonra ən pis qaçqın böhranıyla üzləşmiş Avropa müttəfiqlərinə kömək etməkdir. 

“Defolt qaçılmazdır” – Fitch

“Fitch” beynəlxalq reytinq agentliyi Rusiyanın xarici valyutada emitentinin uzunmüddətli reytinqini “B”dən “C”yə salıb. Reytinqin salınması suveren defoltun qaçılmazlığı deməkdir. 

Azadlıq radiosu