Yanukoviç Zelenskiyə müraciət edir
Ukraynanın keçmiş prezidenti, 2014-cü ildə Kiyevdə kütləvi etirazlardan sonra Rusiyaya qaçmış Viktor Yanukoviç Ukrayna Prezidenti Vladimir Zelenskiyə müraciət edib. O, Zelenskini “nəyin bahasına olursa-olsun” Ukraynada qan tökülməsini dayandırmağa, Rusiya ilə sülh razılaşması əldə etməyə çağırıb.
Azərbaycanın Kiyevdəki diplomatları Lvova köçüblər
Ukraynanın paytaxtı Kiyev şəhərində fəaliyyət göstərən Azərbaycan diplomatları bu ölkənin Lvov şəhərinə köçüblər: “Müvəqqəti olaraq Lvov şəhərində fəaliyyət göstərəcək diplomatlarımız Ukraynadakı azərbaycanlıların müraciətləri, o cümlədən təxliyəsi məsələsi ilə bağlı fəaliyyəti davam etdirəcək”.
Rusiya humanitar dəhlizlər açacağını deyir
BMT 1.7 milyondan çox ukraynalının – əsasən, qadınlar, uşaqlar və yaşlıların ölkədən qaçdığını bildirir.
Rusiyalı oliqarxlar Ukrayna müharibəsindən narahat olublar
Rusiyalı biznesmen Oleq Tinkov martın 6-da bəyan edib ki, daha milyarder deyil, sanksiyalar ucbatından xeyli pul itirib.
Azadlıq radiosu