Xocavənd istiqamətində mövqələrimiz atəşə tutulub

Azərbaycanın Müdafiə nazirliyi Xocavənd rayonunun Tağaver kəndi istiqamətindəki ordu hissələrinin atəşə tutulduğunu bildirir. Nazirlik bu barədə fevralın 19-da məlumat yayıb.

“Azərbaycan Ordusunun Xocavənd rayonunun Tağaverd kəndi istiqamətində yerləşən mövqeləri fevralın 19-u saat 15:40-dan etibarən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutulub.
Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən cavab tədbirləri ilə qarşı tərəf susdurulub” nazirliyin məlumatında bildirlir.