Hakim tərəfsizliyini aşkar biruruzə verir
Bakı şəhərində qeydiyyatda olan Nəzərova Şəhla Zakir qızı 2018-ci ilin martında Salyan rayonu Babazanlı adlanan ərazidə ümumi sahəsi 99.99 hektar torpaq sahəsini alqı satqı ilə alıb. Əmək Məsələləri Dövlət Komitəsi yanında Əmlakın Dövlət reystri Xidmətinin 03.04.2018-ci il tarixli cıxarışları əsasında Salyan rayon İcra hakimiyyəti başçısının 65s saylı 25.04.2018-ci il tarixli sərəncamı ilə təsərrüfat tikilisi, anbar, qeyri-yaşayış və yardımçı tikililərin inşa edilməsi üçün icazə alıb.
Nəzərova Şəhlanın bildirdiyinə görə həmin ərazidə müfaviq işləri görmək üçün “ATƏŞ 202” Məhdud Məsuliyyətli Cəmiyyətini yaradıb və sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Bir il əvvələ kimi, İsmayılov Teyyub İbrahim oğlu adlı şəxs ondan iddia tələbi ilə Salyan rayon məhkəməsində iddia qaldırana kimi bütün işlər qaydasında gedib.
Şikayətçi bildirir ki, Salyan Rayon Məhkəməsinin hakimi Ağarza Səmədovun icraatında olan iş bir ilə yaxındır davam edir. Bütün sənədləşmə işləri qanunun tələblərinə tam cavab verdiyindən hakim iddianı təmin etmək üçün qətnamə çıxara bilmir. Ona görə də birtərəfli qərardadlar çıxarmaqla işi yubadır. Əvvəlcə əmlakın üzərinə həbs qoymaq barədə qərardadla prosesin gedişini xeyli geçikdirib. Hakimin növbəti , 31.01.2022-ci il tarixli “İddianın müvəqəti təminat tədbiri təmin olunması” barədə qərardadı isə tərəflər arasında mübahisənin dərinləşməsinə səbəb olub. Cavabdeh ehtimal edir ki, bu qərardad əsasında iddiaçı məhkəmənin qətnaməsinin qüvvəyə minməsini gözləmədən həmin əraziyə girib zorla əmlaka sahiblənmək istəyir. Qərardad qəbul olunduğu gün bütün tərəflərə eyni vaxta göndərilməli olduğu halda cavabdeh Nəzərova Şəhlaya fefralın 7-də qərardadın icra edilməsinə başlanan zaman təqdim olunub.
Bununla bağlı Cavabdeh Nəzərova Şəhla ölkə başçısına, 1-ci Vitse-Prezidendə, Məhkəmə hüquq Şurasına, Ədliyyə Nazirinə şikayətlər etdiyini də bildirib.
Cavabdeh bildirib ki, Fevralın 8-də müvaviq qərardadın icra olunmasın mane olmaq istəsə də, həmişə olduğu kimi qanunlara riayət edərək icranın təmin olunması ilə razılaşıb. Amma qarşı tərəf qərardadda yazılanları bir kənara qoyub, ərazidəki onun şəxsi əmlakı ilə bağlı sorğu sual edib. Bu isə onun ehtimallarının təsdiqidir.
Nəzərova Şəhlanın iddiasına görə İsmayılov Teyyub İbrahim oğlu Prezident Adminstrasiyasının Sənədlərlə və Vətəndaşların Müraciətləri ilə İş Şöbəsinin müdiri Süleyman İsmayılova güvənir. Onun himayəçisinin Prezidentin Şöbə müdiri olduğunu gizləmədən açıq-aydın bəyan edir. Məhkəmənin hakimi Ağarza Səmədov da bu səbəbdən tərəfsizliyini itirir. Buna görə də Ş. Nəzərova yuxarı instansiyalara ünvanladığı teleqramların bir nüsxəsini də şöbə müdiri Süleyman İsmayılovun özünə göndərib.
Əməkdaşımız Salyan rayonunda olanda tərəflər arasında gərginliyin hər an dava səviyyəsinə çatmasının şahidi olub. Cavabdeh tərəf də bu münaqişənin böyüyərək qan davası ilə bitə biləcəyini deyir. Ona görə də müvafiq orqanalardan, şəxsən Prezidentdən məsələnin ədalətli həll olunmasını tələb edir.
azadliq info