Cəlilabadda məhkəmə prosesi qapalı keçirilir
Fevralın 3-də Cəlilabad Rayon Məhkəməsində hakim Qalib Paşayevin sədrliyi ilə blogger Saməddin Məmədov və onun qazi övladları- Məmmədov Elsevər, Məmmədov Nahid barədə açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hər üç şəxs Cinayət Məcəlləsinin 127.3.2 və 221.2.1ci maddələri ilə təqsirli bilinir.
Məhkəmədə vəkil Bayramov Bəhruz hüquqlarını müdafiə etdiyi Məmmədov Samməddin Qardaşxan oğlunun da digər təqsirləndirilən şəxslər kimi ev dustaqlığına buraxılması barədə vəsatət verib. Vəsatət təmin olunmayıb. Əlavə şahidlərin dindirilməsi ilə bağlı vəsatətə isə növbəti proseslərdə baxılacağı bildirilib.
Məhkəmə prosesində zərərçəkmiş şəxs Cəfərov Elşən Oqtay oğlu ifadə verib. O, özünü jurnalist kimi qələmə verib. hadisəyə səbəb Məmmədov Saməddən Qardaşxan oğlunun sosial şəbəkələrdə Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elnur Azadxanov barədə yazmasını göstərib. Buna görə də 27 sentyabr Anım günündə Şəhidlər Xiyabanı önündə mübahisələri düşüb. Elşən Cəfərov Məmmədov Elsevər, Məmmədov Nahid və Məmmədov Saməddinin onu döymələrini bildirib. Bundan sonra o, 21 gün xəstəxanada müalicə almasını deyib. Vəkilin verdiyi suallar nəticəsində ciddiyətlər ortaya çıxıb.
Daha sonra Məmmədov Saməddin ifadəsində bildirib ki, o hadisə yerinə gec gəlib. Hadisə yerinə gələndən sonra heç kimə xəsarət yetirməyib. Həbsinin səbəbi isə bloggerlik fəaliyyəti ilə bağlıdır. Çıxışlarında yerli məmurları kəskin tənqid edib. Bütün olanlara göz yumduğu üçün ölkə başçısının ünvanına da tənqidlər bildirib. Məhz bu səbəbdən əvvəlcədən düşünülmüş şəkildə ona və övladlarına qarşı təxribat qurulub.
Məhkəmədə ifadə veən digər təqsirləndirilən şəxs Vətən müharibəsi qazisi Məmmədov Nahid Samədin oğlu da münaqişənin yaranmasının səbəbkarı kimi Elşən Cəfərovu göstərib. Təqsirləndirilən şəxs Məmmədov Elsevər də heç kəsə xəsarət yetirmədiyi haqda ifadə verib.
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları Kərimov Yusif və Qasımov Mais istintaqa verdikləri ifadəyə oxşar ifadə verib.
Daha sonra Nəbizadə Əhməd Eyvaz oğlu ifadə verib. O, özünü Oqtay Cəfərovun işçisi kimi təqdim edib. Nəbizadə Əhmədin ifadəsində də ciddiyətlər ortaya çıxıb.
Məhkəmə prosesi digər şahidlərin ifadəsi ilə fevralın 9-da davam edəcək.
Məhkəmə zalında jurnalistlərin və hüquq müdafiəçilərinin iştirakına imkan verilməyib.
azadliq.info