Ramiz Abutalybov heyif oldu

Keçən əsrin yetmişinci illərinin əvvəllərində Paris şəhərində Glob adli bir kitab mağazasında texniki bir kitab axtarışında olanda bir yazıçı orada oturub oxucuların aldığı kitabları imzalayandan sonra onun bizim dildə danışdığı mənim diqqətimi çəkdi. Əgər mən yanılmıramsa yazıçının adı Çingiz Huseynov idi. Ona yaxınlaşdim və yanında ayag üstə duran adamla söhbətini gurtaranda soruşdum ki, siz hardan gəlibsiz. Həmən ayag üstə duran adam məndən soruşdu bəssiz haradansınız? Dedim Təbrizdən. Və beləliklə Ramiz Abutalybovla tanış olduq. Bu tanışlıq indi bu sətrləri yazana kimi davam etdi.

Ramiz müəllim YUNESKO-da şöbə müdiri işləyən zaman və ondan sonra da özünün çox məşğul olmasına baxmayaraq bir zamanlar Parisə gəlmiş Azərbaycan mühacirləri ilə maraqlanır, tez-tez onlarla görüşürdü. Əlimərdan bəy Topçibaşov və Versal Sülh konfransına gələn heyət üzvlərinin xatirərlrini qorumaq üçün onlara aid olan hər şeyə maraq göstərir və hər işin arxasınca gedirdi, onların əməllərini təbliğ edirdi.

Azərbaycan mühacirlərinin istər Parisin sol tərəfində Sen Klu qəbrüstanındakı məzarlarını, istərsə də Pantion müsəlman qəbrüstanında Azərbaycan Xalq Cümhuriyyətinin ilk nazirlərindən olan Şeyxülislamovun və Zulqədərovun illərin yağışından və qarından solmuş məzarlarını iynədən geçən sap kimi səbrlə və hövsələ bərpa etdi. Ramiz bəy onlara aid sənədləri keçmiş idarələrə çox get-gəldən sonra tapib onların məzarlarını bərpa etdi. Bu işlərdə mən özüm onunla olmasaydım, onun nə qədər ağır zəhmətə qatlaşdığını bilməzdim.

Ramiz Abutalıbov vətəndən xaricdə yaşayan və didərgin düşmüş bütün azərbaycanlıları tapıb bir-biri ile tanış etməkdə böyük işlər görmüşdü. Ceyhun bəy Hacibəylinin oğlu Timuçin Hacıbəyli, Əlimərdan bəy Topçibaşının oğlu Ələkbər bəy və bir çox digər tanınmamış mühacirlərlə görüşmüşdü. Qədir dayi ikinci dünya muharibesində əsir duşmüş və sonra qocalmiş legionerləri üzə çıxarıb hamıya tanitmışdı Ramiz Abutalıbov.

Ümmülbənin xanim Avropa məhfilləri arasında tanınmış olsaydı da onu bizlərə, azərbayclılara tanıdan Ramiz Abutalıbov oldu. Ramiz bəy eyni zamanda istiglal hərəkatı başlayanda, Azərbaycanın istiqlaliyyəti bərpa olunanda YUNESKO-nun imkanlarından faydalanaraq ölkəsini tanitmağa cəhd görstmişdi. YUNESKO-nun salonlarinda ve resoranında keçirilmiş təntənəli mərasimler hələ də hamının yadındadır. Deyə bilərəm ki, Parisdə Azərbaycan səfirliyi qurulmaqdan qabaq o, özu bir səfirlik işini tək canına görmüşdü. Ramiz YUNESKO-da olanda SSRİ numayəndəsi idi. Amma hələ istiqlalın bərpasından qabaq o, rəsmi yerlərdə vətəninin yeganə səsi eşidilən adamı sayılırdı. Və bu da gərgin əməyin bəhrəsi idi. Garabağ münaqişəsinə gore franciz dilində üç cilddə kitab onun təşəbbüsü və yardımı ilə çap olunub yayılmışdı.

Paris və Sen Klu şəhərlərində Əlimərdan bəyin yaşadığı evlərin duvarlarına vurulmuş xatirə lövhələri münisipalitələrin tərəfindən vurulsa da onun arxasında Ramizin çalışmalari dayanırdı. Bu iş heç də mən istəyim, sən et formunda bir iş dəyil. Dosiyə düzəltmək, şəxsiyyətin bu işə yararlılığının sübutu ve mülklərin sakinlərinin razılığı kimi məsələləri yoluna qoymaq üçün çox çalışmaq, çox iş görmək lazım gəlirdi.

Qara yanvar hadisələində Azərbaycan blokadaya düşəndə azərbaycanli fotograf Riza Diggətini Bakıya çatdirmasi işinde Ramizin yardımı böyük olmuşdu.Mənim öz kitabımın işinə gəldikde onun dəyərlendirməsi çətin ölçüdə olan yardımı ve məhəbbəti olmuşdu. Əlinə düşən kitabi ya bir zaman mənə lazım olan sənəd ya kitabi Ramizdən başqa kimsədən istəmək olmazdı.Hətta öz atasından qalma əski əlifbada çap olunmuş Rəsul Rzanın, gənceli Nizami Gəncəvinin Fərhad və Şirin poemasının Azərbaycan dilinə çevrilmişini mənə bağışamışdı. Atası o kitabın ilk sefhəsində öz xətti ilə və əski əlifba ilə belə yazmışdi
Fizuli dərd əlindən dağa çıxdı
belə bildilər ki yaylağa çıxdı.

Ramizin Paris kitabxanalarına gətirdiyi müxtəlif kitablardan Azərbaycan dilinin izahli luğəti (dörd cilddə) ve kiril əlifba ilə Azərbaycan sovet Ensiklopedyası (on cilddə) və mənim üçün gətirdigi Fizulinin külliyatı (alti cilddə) ad aparmag olar. Onun kitab işində mənə son köməkliyi Manaf Süleymanovun kitabları kağaz formatda tapılmadıği üçün elektron versiya kimi mənə çatdırdığı duz iki-üç ay bundan qabaq olmuşdur. Son neçə ildə onun nəşr etdiyi kitablar Gürcüsanli tədqiqatçı Parisdə yaşayan Georgi Mamuliya ilə birgə olubdur.

Söz yox ki, hamının ürəyində gizlin bir şeylər olduğu kimi Ramizin də heç kimə deyilməmiş sözu ya sözləri var idi. Amma olari açıb birine demədi. Onun şikayetlənməklə arasi yox idi. Yaşli zəmanı da soruşanda Ramiz necəsən deməzdi filan ağri, behman sancı varım. Sadəcə diyərdi yavaş-yavaş. Lap son zəmanlarada ki, daha Ramiz hər il gəldiyi Paris səfərlərini dayandırdı görüşlərin yerinə telefon və emaillə biri-birimizdən xəbər tutardıq. Ne yaxşı Ramiz Şuşanın azad olmasını gördü getdi.

Heydər Əliyevin Parise ilk səfəri zəmani Həsən Həsənovu da özu ilə gətirmişdi və Ramiz də onun yanında. Yaxşı yadımda deyil profesor Svietochovski, ya kim mənə dedi ki eşitdim Ramiz Parisə səfir gələcək. Bundan munasib adam tapa bilməzdilər. Amma bildiyimiz kimi o, səfir olmadı. Mən bir yol soruşdum bu necə nə söz – söhbət idi. Amma Ramiz nəyi isə bəhanə edib sözu dəyişdi. İndi Ramiz gedib və bu sözlər də tarixə yadigar qalıb. Tarix də o zəman sinəsini açacaq ki, biz özümüz də ortadan galxmış olacağig.

Hörmətlə
Məmmədəli Tacəhmədi
Paris.

Ramiz Abutalibovun son səfərinin inanılmaz xəbərini hörmətli Cəmil Həsənli verdi. Doğrudanda gözlənilmz ağır xəbər idi. Onun itgisi bizim üçün bir sadiq dostun bizi tək buraxıb xudahafizsiz getməsi, həmişəlik niskil qalacaq, Allah rəhmət eləsin, ailəsine səbr və özümüzü onların əzasında şərik bilirik.

Əsgərağa Tacəhmədi
Stasburqdan