Azərbaycanlı Vəzir Nikol Paşinyana Ermənistana keçməyə necə kömək edib?

Orta statistik azərbaycanlıların böyük əksəriyyəti belə hesab edir ki, “Qarabağ”, “Azərbaycan”, “türk” söhbətləri ortaya atılanda ermənilər bir yumuruq kimi birləşirlər.
44 günlük müharibədən sonra bunun həqiqət olmadığı məlum olsa da, hələ də əksəriyyətimiz ermənilər haqqında eyni fikirdəyik.
Bizdə olduğu kimi Ermənistanda da çox böyük yerlibazlıq var. Ermənistanda yaşayan ermənilərin əksəriyyəti Qarabağ ermənilərini bəyənmir və hətta onlara nifrət edirlər. Ancaq bunun səbəbi təkcə Köçəryan və Sarkisyanın rəhbərlik etdiyi “Qarabağ klanı”nın hakimiyyətdə olan zaman etdikləri zülümlər deyil. Ermənistanda hələ sovet dövründən Qarbağ ermənilərinə “dönmə erməni” mənasına gələn “Şurtvats hayer” (Շուրթված հայեր -shurtvats hayer) deyirlər. Ermənistanda belə hesab edirlər ki, Qarabağda yaşayan ermənilər əsl “hay”lar deyil, alban-türk kökənlidirlər.
Ermənistanın (daha çox İrəvan və ətrafı) özündə də “şəhərlilər” və “gəlmələr” olaraq iki qruplaşma olub. Bir qrup erməni özlərini “şəhərli” mənasına gələn “kaqats” (Քաղաքային- kavakain) adlandırır. Osmanlıdan və İrandan gələn erməniləri isə savadsız, tərbiyəsiz mənasına gələn “kro” (Կռո–kro) adlandırırlar.
Bu yerlibazlıq ermənilərdə o qədər güclüdür ki, gördüyünüz kimi “Qarabağın itirilməsi” belə onları bir araya gətirə bilmədi.
Ermənistandakı son vəziyyət onu göstərir ki, hazırda anti-Azərbaycan əhvalında olan ermənilərin böyük əksəriyyəti “bizdən olub biz bəyənməyən” “şurtvats hayer”lərdi.
Paşinyanın son açıqlmasından (24 dekabr) belə görünür ki, o və ətrafındakı “kaqats”lar Azərbaycanla düşmənçilik aparmğa maraqlı deyillər.

P.S. Bildiyimiz kimi, 2008-ci ilin mart hadisələrindən sonra Ermənistandan qaçan Nikol Paşinyan qonşu Gürcüstanda gizlənib, bir ildən sonra gizli şəkildə Ermənistana geri dönüb və həbs edilib. Paşinyan Gürcüstandakı qaçqınlıq həyatı və geri dönüşü ilə bağlı xatirələrinə təxminən 2 il əvvəl qələmə aldığı “Dünyanın digər üzü” (“Երկրի հակառակ կողմը”) adlı kitabında geniş yer verib.
Paşinyan kitabında onu Ermənistana 2 nəfərin keçirdiyini və onlardan birinin erməni (adı Sako), digərinin isə azərbaycanlı (adı Vəzir) olduğunu yazıb.
Paşinyan kitabında qeyd edib ki, Vəzir onunla erməni dilində, ancaq Azərbaycan ləhcəsilə danışıb. Paşinyan daha sonra qeyd edir ki, o, Vəzirin saxladığı ipi tutaraq çayı keçib və Ermənistan tərəfinə keçəndən sonra yadına düşüb ki, Vəzirə təşəkkür etməyi unudub…

Allahverdi Aydın