Türkiyə və Qətər Kabil hava limanını birgə idarə edəcək

Türkiyə və Qətər Kabil hava limanını birgə idarə edəcək

Türkiyə və Qətər Əfqanıstanın paytaxtı Kabilda yerləşən hava limanını birgə idarə edəcək.

“Haber Global” xəbər verir ki, bu barəd Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun dekabrın 7-də Qətərə səfəri zamanı razılıq əldə olunub.

Türkiyə və Qətər nümayəndələri bu gün Kabilə səfər edəcək və sözügedən razılığı Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hökumətinə çatdıracaqlar.  

Report