Saleh Rüstəmli quru aclığa keçib

Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanan və 38 gündür aclıq aksiyası keçirdiyi bildirilən Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmov sudan da imtina etdiyini açıqlayıb.

Bu barədə onun vəkili Bəhruz Bayramov məlumat verib. Onun sözlərinə görə, S.Rüstəmov bu gün, dekabrın 13-dən etibarən su içməkdən də imtina etdiyini deyib: “Bu gün, dekabrın 13-də ona baş çəkdim. Quru aclığa başladığını dedi”.

Vəkilin sözlərinə görə, aclıq aksiyasını başladığı gündən S.Rüstəmov 16-17 kilo çəki itirib.

Vəkilin son açıqlamasına, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Azadlıq radiosu