Dekabrın 11-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qadın üzvləri Bakıda, metronun “28 May” stansiyası yaxınlığında etiraz aksiyası keçiriblər.
Etirazçılar hazırda həbsxanada aclıq aksiyası keçirən partiya üzvü Saleh Rüstəmovun azad olunmasını tələb edirblər.
Qısa bir müdətdən snra polis aksiyanın qarşısını alıb. Bir neçə aksiya iştirakçısı və həmin vaxt aksiyanı müşahdə edən hüquq müdafiəçiləri Zəfər Əhmədovla Zaur Əkbər saxlanılıb.
Zəfər Əhmədlinin oğlu Fuad Əhmədlinin verdiyi məlumata görə, bir müddət sonra hüquq müdafiəçiləri sərbəst buraxılıblar. Onun dediyinə görə, aksiyada saxlanılarkən atası qolundan xəsarət alıb.
Məsələyə Daxili İşlər Nazirliyindən münasibət öyrənmək, hələlik, mümkün olmayıb.
Azadlıq radiosu