DTX öz zabitini qoruyur, məhkəmə isə…
Rüfət Bəkirov ikinci dəfə Azadliq qəzetinə müraciət edib. O, bildirir ki, ilk müraciətindən sonra özünə deyiblər ki, bəlkə də sənin şikyətinə baxılardı amma gedib müxalif sayta vasitəsi ilə müraciət yayıbsan, buna görə sənin şikayətinə heç vaxt baxılmayacaq. Rüfət Bəkirov bildirir: “Mən nə etməliyəm , mən DTX rəisi Əli Nağıyevin adını çəkirəm, onun adi bir işçisini neçə canfəşanlıqla müdafiə etməsindən danışıram. Baş prokuror Kamran Əliyin Əli Nağıyevlə dost olmasını qeyd edib , buna görə də mənim şikayətlərimin araşdırılmamasını deyirəm. Bu barədə hansı dövlət kanalında danışım axı? Hansı hakimiyyətyönlü sayt verərsə mənim şikayətimi gedib orada verim. Vermirlər axı, dəfələrlə müraciət etmişəm”.
Xatırladaq ki, Rüfət Bəkirov Rüfət Bəkirov 2017-ci sentyabrın 24-də DTX-nin Texniki Şöbəsində işləyən Baş Leytenant Xancanlı Toğrul tərəfindən Nizami rayon ərazisində öz avtomomili ilə hərəkətdə olarkən Toğrul Xancanlı onu saxlatdırmış, aralarında mübahisə yaranmış, öz xidməti vəsiqəsini göstərərək onu həbs etdirməklə hədələyib. Bundan sonra əlində olan acarla onun sağ gözündən vurararq xəsarət yetirib. Ortada cinayət əməli olduğu halda nə polis nə prokurorluq cinayət işinin başlanması barədə qərar verə bilməyib.
Rüfət Bəkirov bildirir ki, iş artıq 4 ildir ki DTX-da baxılmamaış saxlanılır. Bununla bağlı o məhkəməyə müraciət edib, Səbail Rayon məhkəməsinə məhkəmə nəzarəti qaydasında verilən şikayətə hakim Ülviyyə Şükürovanın sədrliyi ilə baxılıb. Hakim heç bir məhkəmə araşdırmasına cəhd etmədən işin geri qaytarılması barədə qərar qəbul edib. Hakim öz qərarında Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinin qərarınından bəhs edir. Rüfət Bəkirov qeyd edir ki, həmin əsassız qərardan vaxtında Binəqədi rayon Məhkəməsinə şikayət vermiş, hakim Vüsal Tağıyevin sədrliyi ilə Polis Bölməsinin qərarı əsassız hesab edilərək ləğv edilib.
Rüfət Bəkirov hesab edir ki, hakimin verdiyi qərar sifarişlidir, DTX öz təsirini məhkəməyə də göstərib. Bununla bağlı Səbail Rayon Məhkəməsinin sədrinə, Məhkəmə Hüquq Şurasına şikayət edən zərərçəkən eyni zaman da həmin qərardan apelyasiya şikayəti verdiyini də bildirib. Apelyasiya məhkəməsindən də fərqli qərar gözləməyən Rüfət Bəkirov hüquqlarını Avropa İnsan Haqları məhkəməsində bərpa olunacağına ümid edir.
azadliq.info