Bir həftə öncə, oktyabrın 29-da bir qrup mülkigeyimli şəxsin axşam saatlarında Cəlilabad rayon sakini, bloqer Saməddin Məmmədovun evinə gələrək onu maşına mindirib apardıqları bildirilir.
Bu barədə rayon sakinləri danışırlar. Oğlu Nahid Məmmədovun sözlərinə görə, sonradan məlum olub ki, bloqeri polislər aparıb. Oğlu atasının həbsini qanunsuz və sifarişli hesab edir:
“Dəfələrlə ona xəbərdarlıq etmişdilər”
“Atam rayonda olan problemləri sosial şəbəkələrə çıxarırdı. Çəkiliş edirdi. Bütün bunları ona görə edirdi ki, ölkə rəhbərliyi Cəlilabadda nə baş verdiyini görsün. Həmişə yüksək tribunalardan deyirlər ki, Cəlilabadda vəziyyət gözəldir, əladır. Atama təzyiq edirdilər, dəfələrlə ona xəbərdarlıq etmişdilər”.
Azadlıq radiosu