“İnkişaf etmiş dünyadan 10 illər geriyik”

Tanınmış İqtisadçı Rövşən Ağayevin araşdırmasında
Maraqlı və vacib əyalət statistikası…

Azərbaycanın bölgələri üzrə məşğulluğun strukturunda aqrar sektorun payına görə ilk 5-likdə olan rayonların sıralanması:

Cəlilabad – 61,5%,
Masallı – 61%
Zaqatala – 59%
Xaçmaz – 58%
Samux, Gədəbəy, Şəmkir Tovuz, Astara – 56%

Məşğulluqda kənd təsərrüfatının ən aşağı xüsusi çəkiyə malik 5 bölgə isə bunlardır:

Xızı – 29%
Daşkəsən – 42%
Qax – 43,5%
Siyəzən – 45%
Ağstafa – 46,5%

Yerdə qalan bütün bölgələrin yeri 47-55% arasındadır.
Bu rəqəmlər Azərbaycan iqtisadiyyatının, xüsusən bölgələrin müasir inkişafdan nə dərəcədə uzaq olduğunun rəsmidir. İnkişaf etmiş dünyadan 10 illər geriyik.
Sənayeləşmə və şəhərləşmənin sürətli baş verməsi modern dünya ilə ayaqlaşmaq və inkişaf üçün qaçılmaz şərt.
Arxaik reallıqdan qopmanın tək şərti isə yüksək təhsil, iştirakçı və demokratik sisyasi sistemdir.