Psixoloq Vəfa Əkbər
- Həyat ədalətsizdir, amma yenə də gözəldir.
- Şübhə edirsənsə, irəli daha bir addım at.
- Həyat çox qısadır ki, onu nifrətə xərcləyəsən.
- Sən xəstələnəndə işin sənin qeydinə qalmayacaq. Sənin qeydinə qalan dostların və valideynlərin olacaq. Bu münasibətləri qoru.
- Hər ay kredit kartında olan borclarını ödə.
- Hər bir mübhisədə qalib gəlmək önəmli deyil. Razı olun, və ya razı olmayın.
- Kiminsə yanında ağla. Bu təklikdə ağlamaqdan daha çox müalicə edir.
- Yaradana qəzəbinin tutması yolveriləndir. O, başa düşəcək.
- İlk maaşından teqaüdün üçün yığmağa başla.
- Məsələ şokolada gəldikdə, müqavimət göstərmək mənasızdır.
- Öz keçmişinlə barış ki, o, sənin gələcəyini xarab etməsin.
- Uşaqlarının yanında, özünə ağlamağa icazə vermək olar.
- Həyatını kiminsə həyatı ilə bəhs etmə. Sən onların əslində nə yaşadıqlarını təsəvvür belə etmirsən.
- Əgər münasibətlər gizli olmalıdırsa, sən bunda iştirak etməsən yaxşıdır.
- Hər şey bir göz qırpımında dəyişə bilər. Ancaq narahat olma. Yaradan heç vaxt göz qırpmır.
- Dərindən nəfəs al. Bu fikirləri sakitləşdirir.
- Xeyirli, gözəl və məzəli adlandıra bilməyəcəyin hər şeydən azad ol.
- Öldürməyən hər şey, səni daha güclü edir.
- Heç vaxt xoşbəxt uşaqlığa sahib olmaq gec deyil. Lakin ikinci uşaqlıq yalnız səndən aslıdır.
- Bu həyatda həqiqətən sevdiyin nəyinsə, kiminsə arxasınca getmək vaxtı gələndə, heç vaxt “yox” demə.
- Şamlar yandır, yaxşı yataq örtüyündən istifdə et, həmişə gözəl alt paltarı geyin. Heç nəyi xüsusi nə üçünsə saxlama. O xüsusu hadisə – bu gündür.
- Artıqlara hazır ol, sonra nə olsa olacaq.
- İndi ekssentrik ol. Qıp-qırmızı paltar geyinmək üçün qocalığı gözləmə.
- Seksdə ən mühüm orqan – beyindir.
- Səndən başqa kimsə xoşbəxtliyinə görə cavabdehlik daşımır.
- Hər bir fəlakətdə özünə sual ver: “Bu beş ildən sonra önəmli olacaqmı?”
- Hər zaman həyatı seç.
- Hər kəsə, hər şeyi bağışla.
- Başqalarının sənin haqqında nə düşündüyü səni narahat etməməlidir.
- Zaman demək olar ki, hər şeyi müalicə edir. Zamana vaxt ver.
- Vəziyyətin pis və ya yaxşı olması vacib deyil, o dəyişəcək.
- Özünü ciddi qəbul etmə. Heç kim bunu etmir.
- Möcüzələrə inan.
- Yaradan səni sevir, ona görə yox ki, sən nəyisə etdin və ya etmədin, ona görə ki o, Yaradandır.
- Həyatı öyrənmək lazım deyil. Sən onda peyda olursan və bacaracağın qədərini edirsən.
- Qocalmaq, cavan ölməkdən daha sərfəli alternativdir.
- Sənin uşaqlarının yalnız bir gələcəyi var.
- Nəticədə mənası olan hər şey – sənin sevgi hiss yaşadığındır.
- Hər gün gəzməyə çıx. Möcüzələr hər yerdə baş verir.
- Əgər biz, bizim bütün problemlərimizi bir araya yığsaq və onları başqalarınkı ilə müqayisə etsək, tez-tələsik özümüzünküləri geri götürərdik.
- Paxıllıq – boş yerə vaxt itirməkdir. Nə lazımdır artıq sənin varındır.
- Əslində ən yaxşı şeylər irəlidə gözləyir.
- Özünü necə hiss edirsən, önəmli deyil. Dur, paltarını geyin və insanlar arasına çıx.
- Güzəştə get.
- Həyat bantla bağlanmasa belə, yenə də bir hədiyyədir.