Əliyev ölkəni 1990-cı illərə qaytarır

Elnur Sadıqov

I Qarabağ müharibəsində Azərbaycanın məğlub olma səbəblərindən biri Qarabağ probleminin daxili siyasi rəqabətin predmetinə çevrilməsiydi. Problem milli səviyyədən cari səviyyəyə endirilmişdi. Siyasi yüksəliş də, eniş də Qarabağa görə baş verirdi.

II Qarabağ müharibəsində vəziyyət tam fərqli oldu. Nəinki ölkədəki, dünyadakı azərbaycanlılar da birlik əzmini nümayiş etdirdilər. Azərbaycanlı kimliyinin daşıyıcısı olan hər kəs Azərbaycanın qələbəsi üçün əlindən gələni etdi. Milli potensial ortaya qoyuldu. Qələbə də milli qələbə oldu.

Zəfərdən bir neçə ay ötdükdən sonra – ölkə cari icrimai-siyasi gündəmə qayıdan kimi İlham Əliyev milli qələbəni özünün cari siyasi gündəliyi üçün istismar etməyə başladı. Ötən gün də məlum oldu ki, orta məktəbdə Əliyevi təbliğ edən dərs tədris olunacaq. Kimsə onun Ali – Baş Komandan kimi xidmətlərini inkar etmirsə, o, niyə belə ucuzluğa əl atır? 90 – cı illərin acı təcrübəsi göz önündə ola-ola, ölkəni yenidən o, dövrə qaytarmaqda məqsəd nədir? Görünür, İlham Əliyev yetərli siyasi yetkinlikdən məhrumdur.

II Qarabağ müharibəsi və onun nəticəsində qazanılmış zəfər Azərbaycanın milli dövlətçiliyini möhkəmləndirən dəyərlərdən biridir. Hamının da bu muharibəyə milli dəyər kimi yanaşması vacibdir. Ondan dar siyasi maraqlar üçün istifadə yolverilməzdir. Bu cılızlıqdır.