İctimai fəal Bəxtiyar Hacıyev
Zelenskinin ABŞ-a səfəri davam edir. Zelenski Dünya Bankı ilə kənd təsərrüfatı sahəsində, Müdafiə Nazirliyi ilə müdafiə sahəsində strateji sənədlərin imzalanmasında, NASA ilə kosmik tədqiqatlar və texnologiyalar sahəsində əməkdaşlıq görüşlərində iştirak edib. Sonra Baydenlə təhlükəsizlik, enerji layihələri, hüquq sistemində islahatlar istiqamətində əməkdaşlığın artırılması barədə danışıblar, ən azı yarım milyard dollardan çox birbaşa yardım əldə edib. Çox güman səfərin növbəti hissəsində ABŞ-ın böyük şirkətlərinin Ukraynaya sərmayələrini də cəlb edəcək.
Ukrayna xalqına KGB agentura şəbəkəsi “Poroşenko yenə yeyib-doyub, yeni gələn daha çox yeyəcək”, “Poroşenko getsə yerinə kim gələcək ki?”, “Zelenski?! A kişi, güldürmə məni, aktyordan, şoumendən prezident olar?”, “Poroşenko nəyi nə zaman, necə edəcəyini yaxşı bilir” təbliğatını yedirə bilmədi. Ukrayna xalqı təcrübəli siyasətçinin təcrübəsini öz ailəsi, biznesləri üçün sərf etdiyini görən anda onu yola salırdılar.
P.S: Möhtərəm bu fotoya baxır, dərin-dərin düşünür ki, 3 il əvvəl Zelenski aktyor, şoumen idi. İndi isə Ağ Evdə, Oval Ofisdə dünyanın supergücünün prezidenti ilə prezident kimi oturub, amma məni nə Obama qəbul etmədi, nə Tramp, nə Bayden, nətər olur bu? Tramp Ağ Evdə ümumi qonaqlıq verəndə yanında şəkil çəkdirdim ki, Azərtac xalqa “Trampla Ağ Evdə görüşdüm” yalanı satsın, ona da ictimai fəallar imkan vermədilər. Elə düşünməyin ki, istəmir, ürəyi gedir Ağ Evə rəsmi dəvət edilmək üçün. İllərlə lobbiçilərinin Vaşinqtonda döymədikləri qapı qalmadı, hətta məndən də dəfələrlə xahiş edilib ki, bir yol tap, dəvət alsın, əvəzində bütün siyasi məhbusları azad edəcəm. Amma dəvət edilmir, çünki, seçkidə xalqın səsini oğurlayanlara dünyanın inkişaf etmiş ölkələrində hörmət etmirlər.