Ermənistan-Azərbaycan sərhəddi boyu atışmalar davam edir

Avqustun 20-də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üç istiqamətdə Ermənistan ərazisindən atıcı silahlardan atəşə tutulub.

Kəlbəcər rayonunun Yellicə, İstisu, Tovuz rayonu Qaralar, Gədəbəy rayonu Qalakənd yaşayış məntəqəsi.

Həmin günün axşamı və avqustun 21-ə keçən gecə erməni silahlı dəstələri Azərbaycanın Çağadüz kəndi və Şuşa şəhərindəki mövqeləri istiqamətində avtomat və pulemyotlardan atəş açıb. Müdafiə Nazirliyinin şənbə günü yaydığı məlumata görə, itki yoxdur.

Contact.az