Şuşa yaxınlığında və Ermənistanla sərhəd boyunca atışma

Avqustun 19-da axşam Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri Kəlbəcər (İstisu), Laçın (Cağazur) və Tovuz (Əsrik Cırdaxan) rayonları istiqamətində Ermənistan ərazisindən atəşə tutulub.

Bundan əlavə, avqustun 20-də saat 01:23-dən erməni silahlı birləşmələri Azəırbaycan Silahlı Qüvvələrinin Şuşa şəhəri yaxınlığında Xəlfəli yaşayış məntəqəsindəki mövqelərini mütəmadi olaraq atəşə tutublar. Bu barədə avqustun 20-də səhər Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Contact.az