Məhkəmə erməni hərbçilərin növbəti qrupunu 6 il azadlıqdan məhrum edib

İyulun 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi 13 nəfər erməni hərbçidən ibarət növbəti qrupun barəsində hökm çıxarıb. Onların hamısı terrorizm, sərhəddi qanunsuz keçmək və qanunsuz birləşmələrdə iştirakda təqsirli bilinib və 6 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki , bu, Azərbaycan məhkəməsi tərəfindən məhkum olunmuş erməni hərbçilərin üçüncü qrupudur.

Həmin şəxslər 2020-ci ilin dekabrında Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Silahlı Qüvvələri tərəfindən xüsusi əməliyyat zamanı Hadrut ərazisində əsir götürülüb. Ümumilikdə 60-dan çox hərbçi əsir götürülüb.

Onların bəzisi Azərbaycanın azad olunmuş ərazilərində minalanmış sahələrin xəritələri ilə dəyişdirilib.

Contact.az