İranda edam sayında kəskin artım

Nağı Mahmudi

İrandakı seçkilərdən sonra edam sayında artım; Bir ayda 38 edam!

İran İnsan hüquqları Təşkilatı bu gün 22 İyul 2021-ci il tarixində yayımlanan bir hesabatda 2021-ci ilin ilk altı ayında İranın müxtəlif həbsxanalarında ən az 117 nəfərin edam edildiyini yazdı.

Hesabat, eyni zamanda, İrandakı prezident seçkiləri zamanı edam sayının azaldığını təsdiqləyir, ancaq iyun ayında keçirilən prezident seçkilərindən sonra edamların sayı əhəmiyyətli dərəcədə artdı, beləliklə cəmi bir ayda (18 iyun – 18 İyul) İranda ən azı 38 nəfər İran həbsxanalarında edam edildi.

Bu insan hüquqları təşkilatının hesabatına əsasən, 2021-ci ilin ilk altı ayında edam cəzası icra olunan 117 nəfərdən 6 nəfəri qadın, 111 nəfəri ərkək idi.

Ayrıca bu hesabatda edam hökmünün icrası ilə bağlı məlumatlarla və rəsmi medianın susması ilə əlaqədar olaraq, 117 edamdan yalnız 28 edamın İran mediası və ya rəsmi media mənbələri tərəfindən yazıldığı, qalanlarının da gizli şəkildə icra edildiyi bildirilir.

İran İnsan Hüquqları Təşkilatı, bildirilən başqa edamların ən azı iki müstəqil və əlaqəsi olmayan mənbələr tərəfindən təsdiqlənməsi şərti ilə qeyd edir.

Hesabatda narkotik məhkumlarının edamında artım olduğu vurğulanır və yeni ildə narkotik cinayətkarlarının edam sayının öncəki ilin eyni dövrü ilə müqayisədə altı qat artdığı bildirilir.

Hesabatda ayrıca 63 nəfərin “qəsdən adam öldürmə”, 40 nəfərin “narkotiklə əlaqəli cinayətlər”, 6 nəfərin “təcavüz” və 8 nəfərin “moharebe” ittihamları ilə edam edildiyi təsdiqləndi. “Moharebeh” ittihamı ilə edam olunan səkkiz məhkumun işə təhlükəsizlik və siyasi ittihamlar var idi.

İran İnsan Hüquqları Təşkilatı Sistan və Bəluçistan vətəndaşlarının edamına da toxundu və bu altı ayda Bəluç vətəndaşların edamının artdığını və “narkotik”, “moharebe” və “qətl” kimi ittihamlarla ən az 30 Bəluç məhbusunun edam edildiyini yazdı.

Buna görə də İran İslam Respublikası Hökumətinin hesabatı seçkilərdən 9 gün öncə edam prosesini açıq şəkildə dayandırdı və seçkilərdən iki gün sonra bu prosesi şəddət və sürətlə davam etdirdi.