Sənədsiz azərbaycanlılar Rusiyadan çıxarılmayacaq

Prezidenti Vladimir Putin Rusiyada yaşayan və sənədləri qaydasında olmayan miqrantların müvəqqəti olaraq bu ölkədə qalma müddətinin uzadılması haqqında fərman imzalayıb.

Sənəddə bildirilir ki, qərar əhalinin sağlamlığını qorumaq və COVID-19-un nəticələrinin aradan qaldırılması dövründə xarici vətəndaşların hüquqi vəziyyətlərində problemlərin həlli məqsədilə qəbul edilib. Əgər onlar qanun pozuntusuna yol verməsələr, bu il sentyabrın 30-dək Rusiyadan çıxarılmayacaqlar.

Fərman 16 iyun 2021-ci ildən qüvvəyə minir.

Azadliq radiosu