Neft pulları hakim ailənin gəlir mənbəyidir

Mill Şuranın sədri, professor Cəmil Həsənli

SOCAR dövlət neft şirkətinin top-meneceri Nihad Əliyevin ölümü ilə bağlı müzakirələr bir sıra maraqlı faktları ortaya çıxarıb. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, Nihad Əliyev Əliyevlərin neft biznesi, əslində isə maxinasiyaları ilə məşğul olan SOCAR Tradingin rəhbərlərindən biri olub. Turan İA-liyinin məlumatına görə 2018-ci ildə Socar Trading-in qazancı nə az, nə çox 53,5 milyard dollar təşkil edib. Əgər bu doğrudan da belədirsə, SOCAR borc içərisində batır, SOCAR Trading pul içərisində üzür.

Neft ticarətində bunlar mükəmməl transmilli beynəlxalq korrupsiya şəbəkəsi qurublar. Bir neçə ilə əvvəl kriminal və korrupsiya faktlarını araşdıran beynəlxalq jurnalist qrupu (OCCRP) bununla bağlı mükəmməl bir araşdırma hazırlamışdı. Deməli bunlar neynirlər? Əsasən Avropa ölkələrində SOCAR-ın törəmə şirkətlərin yaradır, beynəlxalq neft bazarındakı qiymətlərdən kifayət qədər ucuz qiymətə Azərbaycan neftini dəyər-dəyməzinə satırlar öz şirkətlərinə və həmin şirkətlər də qeyd edilən fərqi qiymətə əlavə edib yenidən satır öz alıcılarına və bundan milyardlar “qazanırlar”. Və bunun adı olur uğurlu biznes.

Bax belə maxinasiyalarla neft pulların mənimsəyirlər. İzi itirmək üçün adın qoyurlar guya SOCAR Trading global bizneslə məşğul olur, amma hansı ağılsız ölkə və ya şirkət öz malına bu qədər qiymət fərqi (зазор) qoyar? Burada əsasə hədəf Azərbaycan neftidir, onun fırıldaq yolu ilə mənimsənilməsi və bu fırıldağa “biznes” donu geyindirilməsidir.

İndi bildinizmi Qarabağ əlillərinin əlillik dərəcəsin niyə aşağı salırlar, niyə bu günə kimi tibbi suğorta yoxdur, uşaq pulu niyə vermirmirlər, 150-200 manat pensiya, 800 min işçiyə 250-343 manat arası əmək haqqı verirlər, Covid – 19-la bağlı geniş sosial siyasət həyata keçirilmir, işsizlik baş alıb gedir, ölkə əhalisi çörək tapmır. Çünki bunların ölkənin əsas gəlir mənbəyi olan neft satışında rus ticarət termini ilə desək “Şapka” və Otkat”dan geri qalmayan “зазор” siyasəti hakim ailənin əsas gəlir mənbəyidir. Yəni məşhur şeirdə deyildiyi kimi:

Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!
Qoy mən tox olum, özgələr ilə nədi karim,
Dünyavü cahan ac olur olsun, nə işim var?!

Neft pulları hakim ailənin gəlir mənbəyidir