
Milli Şuranın sədri, professor Cəmil Həsənli
Son aylar Əliyevlərin çirkli rüşvət qalmaqalı Almaniyanın bütün cəmiyyətini hiddətə gətirib. AŞPA-dan sonra Almaniya Bundestaqının 5 üzvlünün (Mark Hauptman, Karin Ştrens, Eduard Lintner, Aksel Fişer, Tomas Baraysin) İlham Əliyevin korrupsiya şəbəkəsindən rüşvət almasının ifşası ölkədə şok effekti yaradıb. Artıq indi çoxları anlamağa başlayır ki, Azərbaycan hakimiyyətinin transmilli rüvət şəbəkəsi, criminal ailə hakimiyyəti Qərb demokratiyası və dəyərləri üçün necə böyük təhlükəyə çevrilmişmiş, Qərb mədəniyyəti böhran həddinə gətirilibmiş. İlham Əliyev YAP-alağın sonuncu qurultayında Qərb demokratiyası iflas edib deyəndə rüşvətlə çökürdüyü AŞPA-nı, korrupsiya şəbəkəsinə inteqrasiyya etdiyi Almaniya Bunestaqının üzvlərini nəzərdə tuturdu.
Amma bu ümidlər doğrulmadı. Bu günlərdə Almaniyanın Baş Prokurorluğu “Azərbaycan işi” üzrə təqsirləndirilən Almaniya Bundestaqının keçmiş üzvü Mark Hauptmanın (Xristian Demokra İttifaqı) 997.000 avroluq əmlakına həbs qoydu. Əliyev rejimindən 22 min avro rüşvətə görə ifşa olunmuş 53 yaşlı Karin Ştresin təyyarədə həyatı ilə vidalaşdı. İndi təkcə ölkə daxilində deyil, ölkə xaricində də Əliyevlərin ailə-klan rejimin qurbanlarının sayı artmaqdadır. Azərbaycan manatını çap etmiş Avstriya Bankının rəhbərliyi həbs həyatı yaşayır. 3 milyardlıq “Azərbaycan Landramartı”nda ötürücü rolunu oynayan Danse Bankın rəhbəri intihar etdi, Bankın 6 məsul əməkdaşı həbs edilib. Ştres isə təyyarədə, göyün 7-ci qatında həyatla vidalaşdı.
İndi Almaniya Bundestaqının üzvləri keçmiş deputat Eduard Lintner İlham Əliyev hakimiyyətindən 8 il ərzində 4 milyon avro rüşvət almasından danışır, Alman qəzetləri bu natəmiz, çirkli, iyrənc əməldən yazır. Vətəndaşına 120 dollar pensiya, işləyəninə 150 dollar əmək haqqı, işsizinə çürük qoz verən bir rejim natəmiz çəmdəyinə “təmizə” çıxarmaq üçün Eduard Lintnerə 4 milyon avro, yəni 8 milyon manat rüvət verib. Uşaq pulu deyəndə canları çıxır, amma Azərbaycan uşaqlarının pulunu Lintner kimi dəladuzlara səxavətlə verirlər. Bu hələ ifşa olunanlardır, görün sirri açılmayan rüşvət və korrupsiya əməlinin dairəsi nə boydadır. Malta əməliyyatı, Aralıq dənizinin tən ortasında Azərbaycanın oğurluq pullarının yuyulması, çirkli pulların “təmizə” çıxarılması, ofşor adaların fəth edilməsi və ofşor imperiyası qurulması, papaqsız kişilərin “Şapka” əməliyyatının bir çox sirləri hələ qarşıdadır. Baş verənlər jurnaldır, kini qabaqdadır.
İlham Əliyevin bu rüvət “səxavəti”, Azərbaycan uşaqlarının pullarını Almaniya Bundestaqının hələlik aşkarlanan 5 üzvünə verməsi nə ilə bağlıdır. Su çanaxı su da sınar deyiblər. Bu rüsvaçılığın, bu iyrəncliyin bir ifşa məqamı olmalı idi. Saxta seçkilərə “demokratiya” donu geyindirmək, insan haqlarını inkar etmək, siyasi məhbus düşərgəsini danmaq, rüşvət və korrupsiya şəbəkəsinə bəraət qazandırmaq, ailə və klan hakimiyyətinə beynəlxalq dəstək qazanmaq, müxalifəti antikonstitusyon yollarla dağıtmaq, vətəndaş cəmiyyətini şumlamaq, azad mətbuatı susdurmaq, ölkə əhalisini polis dəyənəyi və işgəncə labaratoriyası hesabına məzlumlaşdırmaq siyasətinə haqq qazandırmaq, ailə hakimiyyətini “qanuniləşdirmək” və Avropa demokratiyasına “uyğunlaşdırmaq” naminə verilmişdi bu rüşvətlər. Amma bu hələ hamısı deyil, heç yarısı da deyil, Əliyevlərin Avropanı və həm də yalnız Avropanı deyil bütün Qərb coğrafiyasını bürümüş korrupsiya şəbəkəsinin yalnız kiçicik bir hissəsidir. Qarşıda böyük sürprizlər gözlənilir.
Son vaxtlar “iyrənmək” sözü İlham Əliyevin leksikonunda tez-tez təkrarlanır. Cənab Əliyev bu qədər rüsvayçılıqların ifşasından sonra kimdir iyrənc? Sizin natəmiz əməllərinizi ifşa edən, çirkin əməllərinizə etiraz edən, əvvəlinə “anti” sözü əlavə etdiyiniz Milli Şura, yoxsa “Xaç atası”na çevrildiyiniz transmilli korrupsiya rejimi, ölkəni beynəlxalq aləmdə rüsvay edən ailə-klan hakimiyyəti?