
Bir az bundan əvvəl Məhəmməd Mirzəli Fransada bıcaqlanıb. Hazırda xəstəxanadadır. Vəziyyətinin ağır olduğu söylənilir.
Məlumatı Əfqan Muxtarlı paylaşıb.
Məhəmməd Mirzəli xəstəxanaya yerləşdiriləndən bir az sonra Əfqan Muxtarlı onun özü ilə danışa bilib. Bəlli olub ki, Məhəmməd Mirzəli yolda 6 nəfərin hücumuna məruz qalıb. Ona boynunun arxasından, qarnından bıçaqla xəsarət yetiriblər, əllərini, barmaqlarını kəsik-kəsik ediblər, qollarını doğrayıblar.