“Oğulların çiçək yaşda ölən vaxtına düşdük”

Şair Səadət Cahangirin yeni şeirlərini təqdim edir: 
***
Biz də masanın qırılan   qələm vaxtına düşdük,silahların üstümüzəgələn vaxtına düşdük…
baş açmadıq, oyundumu, savaşdımı, cəngdimi,oğulların çiçək yaşdaölən vaxtına düşdük…
haqqımızı yeyən verdihaqqımızda fərmanı,  çiynimizdəki borcların sələm vaxtına düşdük…
ayrılıqdan bahar keçdi,payız ötdü, qış oldu,hüzün yağan mövsümlərinbu qəm vaxtına düşdük…
***
Uzaqlardan əsən yelorda dağlar qarmı, de,yollar soyudu, yoxsagedib-gələn varmı, de.
Üşüyən qapılarımüjdələr açarmı, de,yazıb rüzgara versəm,məktublar çatarmı, de.
Yenə saatlar atlı,yenə zaman darmı, de,yollar ayrı düşüncə,könül unudarmı, de.
***
Bu tutqun buludundandı,bu hüzün havalardan,bu çiskin pəncərələrəsəssiz ağlamalardan…
bu kədər can acısından, bu ölüm davalardan,bu fəryad budaq ümidi kəsilən yuvalardan…
bu ah dörd divar içində diz qucaqlamalardan,bu qəm tənha bir qocayaqısılan komalardan…
***
Dibçək gülləri kimigözlərin pəncərədə,kim bilir günəş indihansı yarımkürədə?..
fikrindən axıb gedənvaxtın izi ağ-qara,bir rüzgar alıb uçmuşquşları uzaqlara…
üşüyən fikirlərinkim bilir ki, nə çəkər,gecənin qar şəklinigözlərin necə çəkər…
zamansız gedişlərinqorxusu – ruhu sarsan,uçurumun başındanbir qatar keçər,necə nəfəsini tutarsan…
necə 100 il əvvəlintablosunda bir bahar-hüzün dolu gözləringünəbaxan tarlasınaenən qüruba baxar…
dibçək gülləri kimigünəş harda, sən harda?qar yağar, üşüyərsənbir yalançı baharda…

Arqument.az