
ADR sədri, iqtisadçı alim Qubad İbadoğlu
Tarif Şurası benzinin və dizel yanacağının qiymətinin bahalaşmasını əsaslandırmaq üçün 3 arqument göstərib, 1) Ölkəyə avtomobil idxalının artması; 2) Qonşu ölkələrdə benzinin qiymətinin bizdən baha olması; 3) 2022-ci ilin iyun ayınadək dizel yanacağının, 2023-cü ilin iyun ayınadək isə Aİ-92 markalı avtomobil benzininin AVRO-5 standartına tam uyğunlaşdırılmasına görə modernləşdirmə xərclərinin yüksəlməsi.
1) DGK-nin məlumatına görə, 2020-ci ilin 11 ayında isə 47.841 avtomobil idxal edilib, onlardan 4486-ı daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri olub, 146-ı yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat
vasitələri olub. 2019-cu illə müqayisədə avtomobil idxalı artsa da dizel yanacağının istehsaı aşağı düşüb, avtomobil benzinin istehsalı də cüzi artıb. Belə ki, 2019-cu ilin yanvar-noyabr aylarında 1041,9 min ton avtomobil benzini, 1911,2 min ton dizel yanacağı stehsal edidiyi halda, müvafiq göstəricilər 2020-ci ilin eyni dövründə 10 66,3 min ton və 1 881,3 min ton olub.
2) Qonşu ölkələrdə benzinin qiymətinə gəlincə, foto bölməsində yerləşdirdiyim Rusiyanın Novosibirsk şəhərində satılan Ai-92 benzinin qiyməti 94 qəpikdir. Rusiyada ötən ilin noyabr ayına olan orta aylıq əmək haqqı 1127 mana olub, bu Azərbaycandakı orta aylıq əmək haqqından 422 manat çoxur. Bu hesabla orta aylıq əmək haqqına Rusiyada 1198 litr, Azərbaycana 705 litr benzin düşür. Tarıf Şurasının neft istehsalçısı olan Azərbaycandakı qiymətləri benzini və dizel yanacağını idxal edən Gürcüstanla, Belarusla, Ukrayna,Türkiyə müqayisə etməsi məsrəf amilinə görə iqtisadi cəhətdən düzgün deyildir. Belə müqayisə neft istehsalçıları olan Türkmənistan, Qazaxıstan, İran, İraq, Qatar, Küveyt, İndoneziya, Misir, Liviya, Oman, Bəheyn, Səudiyyə Ərəbistanı, Venesuela, hətta ABŞ-a aparılanda məlum olur ki, Azərbaycandakı qiymətlər bir çox ölkələrlə müqayisədə dəfələrlə bahadır.
3) 2022-ci ilin iyun ayınadək dizel yanacağının, 2023-cü ilin iyun ayınadək isə Aİ-92 markalı avtomobil benzininin AVRO-5 standartına tam uyğunlaşdırılmasına görə modernləşdirmə xərclərinin artmasına geörə məsrəfləri istehlakçılar nədən 1 il 6 ay və 2 il 6 ay qabaqdan ödəməlidirlər. Bu hansı məntiqlə izah oluna bilər ki, hələ istehlak etmədiyin yüksək standarta görə ödənişi əvvəlcədən edəsən.