
ABŞ Prezidenti Donald Tramp, yeni növ koronavirus (Kovid-19) epidemiyası ilə əlaqədar ABŞ Konqresinin təsdiqlədiyi 900 milyard dollarlıq iqtisadi dəstək paketinin daxil olduğu 1,4 trilyon dollarlıq büdcə qanununu imzalayıb.
Marja xəbər verir ki, Konqresin təsdiqinin ardından ona imzaya təqdim edilən dəstək paketindəki 600 dollarlıq nağd köməyi “rüsvayçılıq” olaraq xarakterizə edən Tramp, bu köməyin 2 min dollara çıxarılması da daxil bəzi dəyişikliklər edilməsini istəmiş və dəstək paketini imzalamamışdı.
ABŞ Nümayəndələr Palatasının Respublikaçı üzvləri isə 600 dollarlıq nağd pul köməyini 2 min dollara qaldırmağı Trampun çağırışına baxmayaraq rədd etmişdi.
Trampun mövcud paketi imzalamaması çox sayda adamın reaksiyasına səbəb olmuşdu.
İqtisadi qanunun imzalanmasının ardından 2019-cu ildə illik gəliri 75 min dollar və aşğı olanlara birbaşa 600 dollar nağd kömək ediləcək.
Kömək paketi ilə həftəlik 300 dollar işsizlik müavinəti ödənməyə davam edəcək, kirayəsini ödəyə bilməyənlər 2021-ci ilin Yanvar ayına qədər evlərindən çıxarıla bilinməyəcək, kiçik iş yerləri, hava yolu şirkətləri və fermerlər dəstəklənəcək.
Marja.az