Çörəyi koronavirusdan çıxanlar

Koronavirusla bağlı faktiki olaraq dünyada dərman bazarı, dərman istehsal edən şirkətlər milyardlarla dollar gəlir əldə ediblər. Bu beynəlxalq maliyyə qurumlarının hesabatıdır. Və bütün bunlar şəffaflıq formasında edilib və əldə edilən gəlir qiymətlərin süni artırılması nəticəsində yox, istehsalın və tələbatın çoxalması nəticəsində baş verib. Azərbaycanda isə tam əksinə, tələbat artsa da, əldə edilən gəlirdən dövlət büdcəsi yox, bu sahədəki monopist şirkətlər fayda götürüb. Həm də qiymətləri bir neçə dəfə süni şəkildə artırmaqla. Bu üzdən Time TV olaraq araşdırma aparmıçıq və onun 1-ci hissəsini sizə təqdim edirik.

1-ci hissə

Öncə Azərbaycanda dərman monopoliyası ilə məşğul olan şirkətlərə diqqət yetirək:

  1. AvroMed – Məlumata görə, Paşayevlərindir
  2. Zeytun – səhiyyə naziri Oqtay Şirəliyevindir
  3. AzəriMed – Cəmil Əliyevindir

Məlumat üçün bildirək ki, Səhiyyə Nazirliyinin ən böyük müqaviləsi AvroMedlədir. İşlətməçisi deputat Cavanşir Feyziyev olsa da, şirkətin Paşayevlərə aid olduğu bildirilir. 2020-ci ildə SN-lə AvroMed arasında bağlanmış müqavilənin dəyəri 29 milyon 192 min manatdır. Bundan əlavə nazirliyin və digər dövlət qurumlarının “AvroMed Company” QSC-lə dərman təhcizatı ilə bağladığı müqavilənin ümumi dəyəri 41 milyon manatdan çoxdur.
Şirəliyevin Zeytun şirəli şirkəti
Səhiyyə naziri Oqtan Şirəliyevə məxsus “Zeytun Pharmaceuticals” MMC Azərbaycanda dərman bazarında ən çox sifariş alan – yəni, süni yolla tenderləri udan 2-ci şirkətdir. Onunla bağlanmış müqavilələrin ümumi məbləği 2020-ci il üçün 36 milyon manatdan artıqdır.
Onkoloji dərmanlar Cəmil müəllimin monopoliyasındadır
Prezidentin Tibbi Xidmətinin rəhbəri Cəmil Əliyevə məxsus AzəriMed ( “Arash Medical Company” MMC ) ilə 2020-ci ildə dərman təhcizatı ilə bağlı bağlanmış müqavilənin dəyəri 24,6 milyon manatdır. Dərman bazarında bu 3 şirkətdən nisbətən daha az paya məxsus ES Medikal MMC-dir. 2020-ci il üçün bağlanmış müqavilələrə görə, ölkə dərman bazarından 9 milyon manat bu şirkətin payına düşüb. Bu şirkətin hansı oliqarxa və ya məmura aid olmasıyla bağlı araşdırma aparırırq.

100 manatlıq müalicə 1500 AZN-ə necə çevrildi?

Qeyd edək ki, koronavirus xəstələrinin sağalması üçün lazım olan həyati əhəmiyyətli dərmanlar AvroMedin monopoliyasındadır. Bu şirkətlə bağlı isə bəziləri mediada çaşqınlıq yaratmaq üçün onun millət vəkili Cavanşir Feyziyevə məxsus olduğunu deyirlər. Əslində isə bu, doğru deyil. Cavanşir Feyziyev bu şirkətin işlərini görən şəxslərdən biridir. Koronavirusun pandemiya halı alana qədər satılan bir sıra dərmanların qiyməti 5-10 dəfə artıb. Bu üzdən qrip xəstəliyi ilə müalicə üçün pandemiyaya qədər 100-120 manat xərcləməklə lazımi dərmanlar almaq mümkün idisə, indi 1200-1500 manat pul lazımdı. Nəticədə bir xəstə hazırda özünü virusdan sağaltmaq üçün sizə təqdim etdiyimiz sxem üzrə müalicə kursu keçməlidir:
Favipiavir – 2×130=260 (1 qutu 130 AZN. 1 xəstə üçün 2 qutu lazım olur)
Maxipen – 14×20=280 AZN
L-floxine – 10×16=160 AZN
Vitamin C 1000 mg – 19 AZN
Vitamin Toplusu Salcovit – 23 AZN
Saturasiya cihazı – 65 AZN
İnqalyasiya aparatı – 70 AZN
Aspirin Cardio – 14 AZN
KT müayinə – 100 AZN
Sistem qoşmaq üçün maddələr, ləvazimatlar – ortalama 50 AZN
Tibb bacısının ödəməsi – 150 AZN

İnsanlar evdə niyə ölürlər?

Buna təcili yardım xərci, xəstəxanaya yerləşdirilmə və sair daxil deyil. Bunları da əlavə etdikdə ciddi bir rəqəm alınır. Minimum aylıq istehlak səbəti 170 manat olan, təqaüdlərin orta həddinin 250 manatı keçməyən, orta aylıq əmək haqqının 360-400 manat məbləğini ötməyən Azərbaycanda bu kifayət qədər böyük xərcdir. Məhz bu xərclərə görə insanların çoxu evdə türkəçarə yolu ilə sağalmağa çalışırlar. Nəticədə virus 2020-ci ilin mart-aprel ayı ilə müqayisədə payız aylarında daha çox adamın ölümünə səbəb oldu. Çünki mart-aprel aylarında dərman mafiyası qiymətləri artırmamışdı. Lakin sonradan koronavirusun təsirini azaltmaq üçün hansı dərmanların lazım olduğu müəyyənləşdirildi və nəticədə onların qiyməti dəfələrlə artırıldı. Bu da vətəndaşların müalicə olunmaq imkanlarını əllərindən aldı.

Xərçəng xəstəliyinin xərçəng kimi pulları

Amma Azərbaycanda təkcə koronavirusdan – pandemiyadan varlanmırlar. İllərdir ki, Cəmil Əliyevə məxsus AzəriMed şirkəti onkoloji xəstələr üçün ayrılan dərmanların alışına və satıçına nəzarət edir. İnsanların ən çox qorxduğu xərçəng xəstəliyindən əldə edilən milyonlar birbaşa Cəmil Əliyevin şirkətinin gəlirlərinin artmasına təkan verir. Şirkət cənab Əliyevi günü-gündən milyonerə çevirir, sərvətinə sərvət qatır.
Lakin Cəmil Əliyev təkcə dərmanlardan pul qazanmır. ARAŞ adlı bir şirkət var. O da Cəmil Əliyevə məxsusdur. Səhiyyə sektorunu avadanlıqlarla ARAŞ təmin edir. Bütün tenderləri demək olar ki, ARAŞ şirkəti “udur”.

250 milyonu necə bölürlər?

Hər il 250 milyon manatlq dərman tenderləri həyata keçirilir. Mütəxəssislərin verdiyi məlumata görə, tenderin ümumi həcminin 40 faizi altqat – “şapka” olaraq monopolistlər arasında bölüşdürülür.
Nazir müavini Elsevər Ağayev Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA-nın prezidenti Ramiz Mehdiyevin adamıdır. Onu 2015-ci ildən bu proseslərdən kənarda saxlayırlar. Nazir müavininin stabil gəlir verən obyektləri var və ordan hər ay stabil formada gəlir əldə edir.

Time tv