2021-ci il büdcəsi ilə bağlı vacib məqamlar

İqtisadçı ekspert Rövşən Ağayev

  1. Bu büdcə iqtisadiyyatın (istər biznesin, istərsə də ev təsərrüfatlarının) suyunu çıxarıb büdcə üçün resurs almaq imkanın artıq tükəndiyinin etirafıdır. Əslində bu sıxma-boğma, “şirəçıxarma” prosesi devalavsiya dövründı başladı, pandemiya ilində pikə çatdı. İndi biznes çökmüş vəziyyətdədir.
    Niyə bu nəticəyə gəldiyimin səbəbini də deyim: indiyə qədər dövlət şirkətlərindən büdcəyə 3-5 mln. manat dividend alan hökumət gələn üçün həmin mənbədən 168 milyon manat cəlb etməyə qərar verir. Yəni indiyə qədər aldıqlarından az qala 40-45 dəfə çox
  2. Hökumət heç vaxt olmadığı qədər daxili borclanmaya getmək istəyir – 2 mlrd. manat həcmində.
  3. Büdcəyə Borcların Təminat Fondundan 800 mln. manat, Mərkəzi Bankın mənfəətindən 250 mln. manat cəlb etməyi planlayır. Halbuki son 3 ildə Mərkəzi Bankın mənfəətinə büdcə ehtiyac hiss etmədiyi üçün Təminat Fonduna yönəldilirdi. Təminat Fondunun büdcə köçürülməsinə gəldikdə, Fondla bağlı qaydaların 3.2-1-ci maddəsinə görə, dövlət borcuna xidmət xərclərinin ödənilməsi üçün müvafiq büdcə ili üçün dövlət büdcəsi haqqında qanunda ayrılmış vəsait dövlət borcuna xidmət xərclərinin icra edilməsi üçün kifayət etmədikdə həmin xərclərin çatışmayan hissəsi Təminat Fondu hesabına icra edilir. 2020-ci ilin əvvvəlinə Təminat Fondunda 1.228 mlrd. manat toplanmışdı (Mərkəzi Bankın mənfəətindən köçürmələr hesabına).
  4. Vergi gəlirləri demək olar ki, artmır. Dövlət büdcəsi gəlirərini 1 mlrd. manatdan çox artımı yuxarıda qeyd olunan qeyri-vergi mənbələri hesabına təmin ediləcək.
  5. Yaddaşım məni yanıltmırsa, gələn il üçün proqnozlaşdırılan fiskal defisit (7 mlrd. manatdan) çox son 10 illiyin ən ağır ili kimi tarixə düşən 2015-ci ildə belə yaranmadı. Həmin il fiskal defisit 2 mlrd. manat ətrafında olmuşdu.
    Amma təhlilçilər üçün bir vacib məqamı da deyim: fiskal defisitin real həcmi daha böyükdür. Çünki “Büdcə sistemi haqqında” Qanunun 19.2 maddəsinə görə dövlət zəmanətilə alınan, lakin xəzinədarlıq vasitəsilə icra olunmayan xarici borclar hesabına maliyyələşmələr büdcənin xərclərinə aid edilərək büdcə kəsirinin azaldılmasına yönəldilir. Sadəcə bizim büdcə informasiya açıqlığı və şəffaflığı sahəsində hələlik o səviyyəyə çatmayıb ki, bu cür detallarla bağlı açıqlamalar olsun.