
İran Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştirak etməyə hazırdır. Bu barədə dekabrın 9-da İran prezidenti Həsən Ruhani Azərbaycan XİN başçısı Ceyhun Bayramovu qəbul edərkən bildirib, xəbəri XİN-in mətbuat xidməti yayıb.
Ruhani həmçinin İran və Azəraycan arasında mövcud layihələrin, o cümlədən Rəşt-Astara dəmir yolunun tikintisi və Xudafərin su qovşağının və elektrik stansiyalarının tikintisi layihələrinin həyata keçirilməsini sürətləndirməyə çağırıb.
Contact.az