
Azərbaycanda koronavirus infeksiyasına 4 323 yeni yoluxma faktı qeydə alınıb, 2 180 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 42 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 142 323 nəfər koronavirus infeksiyasına yoluxub.
Onlardan 85 980 nəfər müalicə olunaraq sağalıb, 1 593 nəfər vəfat edib, aktiv xəstə sayı 54 750 nəfərdir.
Azərbaycanda son sutka ərzində 20 778, hazırkı dövrədək isə 1 817 804 test aparılıb.