Türkiyəli hərbçilərin Azərbaycana göndərilməsinə dair qanun layihəsi parlamentə təqdim edilib

Türkiyə parlamenti hərbçilərin Azərbaycana göndərilməsi məsələsinə baxacaq. Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə fərman layihəsi bazar ertəsi parlamentin təsdiqinə təqdim edilib, “Anadolu” agentliyi məlumat yayıb.

Türkiyə hərbçiləri Türkiyə-Rusiya birgə Müşahidə Mərkəzi çərçivəsində Dağlıq Qarabağda atəşkəs rejiminin monitorinqi məqsədilə fəaliyyət göstərəcəklər.