İtaliyanın Ba naziri Türkiyəni necə müdafiə edirdi?

Milli Şuranın sədri, professor Cəmil Həsənli

Vaxti ilə İtaliyanın bir baş naziri vardı – Francesko Nitti (Francesco Saverio Nitti). 1919-1920-ci illərdə İtaliyanın 36-cı hökumətinə başçılıq etmişdi. Özündən əvvəlki Vittorio Orlandodan fərqli olaraq həqiqətpərəst bir dövlət başçısı idi. Birinci dünya müharibəsinin başa çatmasından bir həftə sonrakı çıxışında Orlando bildirmişdi: “Ermənilərə çatdırın ki, mən onların işini öz işim hesab edirəm”. Az sonra o, öz işin də itirdi.

Onun yerinə gələn professor Nitti “Böyük Ermənistan” yaradılması çağırışlarını, xüsusilə, Türkiyənin parçalanması ideyasını Antanta dövlətlərinin avantürası hesab edirdi. O, vurğulayırdı ki, sözdə hamı prezident Vilsonun “Böyük Ermənistan” layihəsinə tərəfdardır. Lakin nə İngiltərə, nə Fransa, nə də İtaliya böyük bir ordunun yerinə yetirməli olacağı bu işin ağırlığını öz üzərinə götürmək istəmir, ABŞ Senatı isə bu məsələdə Vilsonun arzularının əleyhinə hərəkət edir. Bütün bunları xatırlatdıqdan sonra Françesko Nitti yazırdı: “Heç olmasa kiçik Ermənistan mövcud olması naminə “Böyük Ermənistan” haqqında əfsanələr uydurmaq lazım deyildir.”

Antanta dövlətlərinin Türkiyəyə ədalətsiz münasibəti ilə bağlı Nitti bildirirdi ki, böyük dövlətlərə lazım olan vaxt, onlar türklərin öz qonşularına münasibətdə “vəhşi obrazını” yarada bilirlər. Halbuki onun fikrincə, türklər təbiət etibarilə qəddar və zülmkar deyildilər. Lakin onlar çox hiyləgər və məkrli qonşularla – bir qayda olaraq əkinçilik və sənaye ilə deyil, əsasən, iri və xırda ticarət və sələmçiliklə məşğul olan, ticarət və sələmçilik hesabına yaşayan yunanlar və ermənilərlə əhatə olunmuşlar. Onlar daim türkləri aldatmağa çalışırlar. Türklər aldandıqlarını hiss edib onları aldadanlardan bunun hesabını soranda Avropa haray salır ki, ay aman qoymayın “vəhşi türklər” xristian mədəniyyətin təhdid edir. Qəribədir, Françesko Nitti bu həqiqətləri elə bil bu gün yazıb.

Франческо Нитти. Вырождение Европы. Перевод с итальянского. Москва-Петроград, 1923, c.106-110.