Cəbrayıl, Zəngilan və Qubadlının daha bir neçə kəndi azad edildi

Azərbaycan Ordusu daha bir neçə kəndi Ermənistan işğalından azad edib. 

Bu barədə Prezident İlham Əliyev tvitterdə məlumat yayıb:

“Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Mirək, Kavdar, Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndlərini işğaldan azad etmişdir.

Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”