
Milli Şuranın sədri Cəmil Həsənli
1920-ci ilin iyul ayının 2-də Sovet Rusiyasının Xarici işlər Komissarı Georgi Çiçerinin Qarabağ və Zəngəzuru əvvəlcə mübahisəli ərazi elan edib sonra bu torpaqları Ermənistana vermək haqqında şifirli teleqramına cavab olaraq bolşeviklərin Qafqaz canişini Serqo Orconikidze yazırdı ki, mənim fikrimcə, Qarabağ və Zəngəzur Azərbaycanda qalmalıdır və əlavə edirdi: “Mən Azərbaycanı məcbur edəcəyəm ki, bu vilayətlərin muxtariyyətini elan etsin, lakin bu ideya Azərbaycandan gəlməlidir və heç bir halda bunu müqavilədə (Ermənistanla Sovet Rusiyası arasında hazırlanan müqavilə nəzərdə tutulur) göstərmək olmaz.” (Orconikidzenin birbaşa xətlə Azərbaycanla Ermənistan arasında mübahisəli ərazilər
barədə Çiçerinin təcili diplomatik teleqramına cavabı. İyul, 1920, Rusiya Dövlət Sosial Siyasi Tarix Aarxivi, fond 85, siyahı 3c, iş 2, vərəq 6).
O, gizli şəkildə Lenin, Stalin və Çiçerinə xatırladırdı ki, biz “burada (Qarabağda) muxtariyyət elan edib, müsəlman ordu hissələrini ora buraxmadan erməni əhalisini təşkilatlandırarıq”. (Orconikidzenin birbaşa xətlə Leninə, Stalinə və Çiçerinə xatırlatması. İyul, 1920, Rusiya Dövlət Sosial Siyasi Tarix Aarxivi, fond 85, siyahı 3c, iş 2, vərəq 8-9). Elə də etdilər.
İndi bildinizmi 100 ildir Azərbaycanın bətnində qara yaraya çevrilmiş Dağlıq Qarabağın muxtariyyəti ideyası haradan gəlirdi və hansı çirkin niyyətlərə xidmət edirdi???