
Xocavənd, Zəngilan, Cəbrayıl və Qubadlının bəzi kəndləri işğaldan azad edilib.
Prezident İlham Əliyev bu barədə tvitterdə məlumat yayıb:

“Müzəffər Azərbaycan Ordusu Xocavənd rayonunun Dolanar, Bünyadlı kəndlərini, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”.
Başqa bir tvitdə isə dövlət başçısı Qubadlının azad olunan kəndləri barədə məlumat paylaşıb.
“Müzəffər Azərbaycan Ordusu Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərini işğaldan azad edib.
Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”.