
Şahvələd Çobanoğlu
Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan tərəfinin ən çox istinad etdiyi BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı qətnamələridir. Bu qətnamələrin ciddi əhəmiyyəti var. Sadəcə qətnamə deyillər. Qarşı tərəfin bir gün inadından əl çəkib, sülh və qonşuluq masasına oturacağı üçün təməl nöqtələrdən biridir.
Amma bundan əlavə, tez-tez söyülən (xüsusən də Makronun yanlış sözlərindən sonra) Avropadan da Azərbaycanın xeyrinə ciddi qərarlar var. 20 may 2010-c il Avropa Parlamenti tərəfindən “Cənubi Qafqazda Avropa İttifaqının strategiyasına dair tələb” adlı 2216 №-li i qətnaməsində Azərbaycanən ərazi bütövlüyü bir daha tanınır. Həmin qətnamədə deyilir ki, zorla dondurulmuş status-kvo-lara ümid bağlanmamalı və belə hallar qəbul edilə bilməz.
Avropa Parlamentinin 2012, 2016, 2017-ci ildə qəbul edilmiş qətanamələri var və orada açıq mətnlə Erməsnitanın Azərbaycan torpaqlarını işğal etməsi deyilir. Ermənistana qoşunlarını Azərbaycan torpaqlarından çıxarmaq və öz vətəndaşlarını Qarabağa əsgər yollamamağa birmənalı çağırış var.
Azərbaycan hakimiyyəti bu qətnamələrə niyə önəm vermirdi? Çünki Avropadan demokratiya və insan haqları ilə bağlı çağırışlar da vardı.
Bu qətnamələr əsas tutularaq, Avropadakı səfirliklər faydalı iş aparmalıdırlar. Buradakı dövlət qurumları və Avropadakı səfirliklər fərqli fikirdə olan vətəndaşları izləmək və təqib etmək əvəzinə, ölkənin xeyrinə çalışmalıdır. “Qətnamədir, sözdür…” deyə, keçmək doğru deyil.
Münaqişənin tezliklə və birdəfəlik həlli sülhün bərqərar olması ilə başa çatmalıdır və burada qarşı tərəfi inaddan çəkindirən, “sülhdən başqa yol yoxdur” düşüncəsinə gətirən əsas amillərdən biri dünya güclərinin mövqeyidir. Çünki qarşı tərəfdə Ruysiyanın dəstəyinin yetərli olmadığını, Rusiya ilə Ermənistanın yaxşı bir sonuca varmadıqlarını anlamaq üçün şərait də yetirşib.