Tofiq Yaqublu aclığa başlayıb

Bu gün Nizami rayon Məhkəməsində Tofiq Yaqublu ilə bağlı məhkəmə iclası davam etdirilib. Tofiq Yaqublu son söz söyləyib. Amma hakim onun sözünü sona kimi dinləməyə dözməyib.

Hökm sentyabrın 3-də elan olunacaq. Məhkəmədə məlum olub ki, dünən Dövlət İttihamını müdafiə edən prokurorun çıxışından sonra Tofiq Yaqublu aclıq aksiyasına başlayıb.

azadliq.info