Növbəti saxta hesabat

Milli Şuranın sədri Cəmil Həsənli

Ay millət gözünüz aydın. İlham Əliyevin islahatlarına yüksək beynəlxalq “qiymət” verilib. REAL rəhbərlərinin islahatlar haqqında xaricə ünvanlanmış “optimist” twittlərindən və ÜST-nın Azərbaycandakı nümayəndəsi Hande Harmancı xanımın Ləzə istirahət mərkəzində çox cazibədar fotoları yayıldıqdan sonra Azərbaycan BMT-nin “Davamlı inkişaf hesabatı – 2020” sənədində 166 ölkə arasında nə az, nə çox 54-cü pillədə qərarlaşıb. Bugünlərdə zibili çıxan “Doing Business”in 34-cü yeri ilə müqayisədə 20 pillə aşağı olsa da pis “göstərici” deyil. İndi bir müddət də millətin başın bununla tövlayacaqıar.

Belə məlum olur ki, növbəti saxtakarlıq faktı hələ qarşıdadır. Deyəsən “Doing Business” bunun yanında toya getməli olacaq. Çünki “Doing Business” yalnız əlverişli biznes mühütindən bəhs edirsə, BMT-nin “Davamlı inkişaf hesabatı – 2020” ölkə əhalisin həyatının bütünsahələrini əhatə edir. Sən demə vətəndaşlarımız yağ-bal içərisində yaşayırmış, amma bu firavanlıqa nankorcasına naşükürlük edirmiş. Hesabatdan belə məlum olur Azərbaycan elə sürətlə inkişaf edib ki, nəinki qonşuları, hətta bəzi böyük dövlətləri geridə qoymaqla dünyada hər üç ölkədən ikisini qabaqlaya bilib. Deyəsən bunlar xaricdən silah sursat alanda barıtdan başqa bir şey almırlar. Burada da barıtı çox qoyublar və deyəsən bu hesabat da partlayacaq. Diqqət edin hesabatda Rusiya 57-ci, Gürcüstan 58-ci, İran 59-cu, Qazaxıstan 65-ci, Türkiyə 70-ci, Ermənistan 75-ci yerləri tutduğu halda Azərbaycan 54-cü yeri tutur. Bəs onda adamdan soruşarlar: bizdə ki, belə firavanlıq var, camaatımız çorək dalınca niyə Rusiyanın düzlərinə, Qazaxstanın bozqırlarına, Türkiyənin Laləlisinə tökülüb?

Heç bilirsiniz hansı göstəricilər üzrə Azərbaycan 54-ci yeri tutub?Səhiyyə xidmətinin müasir standartların üstündə olması, yüksək sosial rifah, minimuma endirilmiş yoxsulluq, kalorili qidalanma, təmiz və içməli su probleminin ölkə miqyasında həlli, təmiz enerji, davamlı şəhər infrastrukturu, sosial və hüquqi ədalət və güclü vətəndaş cəmiyyəti və siyasi institutlar və daha nələr. Hesabata əsasən, Azərbaycanda gündəlik gəliri 3,2 dollardan az olan yoxsul qeydə alınmayıb. Görəsən bunları kim qeydə alıb? Paşa müxaliflər, yoxsa Paşa Qonqolar?

Əl-qərəz gərək naşükürlük etməyək. BMT-nin hesabatına görə sosil-iqtisadi inkişaf göstəricilərinə görə dünyanın 2/3-ni arxada qoymuşuq. İnkişaf etmiş Avropa ölkələri bizə həsəd aparır. Bu inkişaf göstəricilərinə və sosial təminatlara görə biz 54-cü
yerdə, Türkiyə isə 70-ci yerdə. Bəxtəvər başımıza! Amma göz dəyər: deyirəm bəlkə bir az yavaşıyaq. Yoxsa “Doing Business” kimi bunun da zibili çıxar.