“Mahmudovçulardan” Parlamentdə növbəti provokasiya

Bakıda orduya dəstək şüarı altında minlərlə insan küçələrə çıxmışdır. Onların məqsədi Tovuz rayonunda ermənilər tərəfindən şəhid edilən zabit və həbçilərimizin qisasını yerdə qalmayacağını və ordumuzun yanında olduqlarını nümayiş etdirmək idi. Əvvəlcə “Azadlıq” Meydanına toplaşan insanlar sonra Şəhidlər Xiyabanına doğru hərəkət edərək, şəhidlərin ruhuna ehtiram bildirdilər. Dövlətimizə və ordumuza dəstək şüarı səsləndirildi. Vətən uğrunda döyüşə hazır olduqlarını bəyan etdilər. Parlamentin qapıları açıldı və Vətən uğrunda mitinqə çıxanlar Milli Məclisin foyesinə daxil olublar. “Parlamentin qapılarını kim və niyə açdı” sualı artıq müzakirə obyekti deyil, əsas sual bundan ibarətdir ki, buna ən çox sevinən kim idi? Hamıya zəng edib bununla bağlı təbrik mesajlarını göndərən kimlər idi? “Mahmudovçular” deyildirmi? Parlamentin yeni rəhbərliyindən, ölkə rəhbərliyindən narazı qalan “Mahmudovçular” həmin gecə niyə belə sevinirdirlər?

Parlamentin yeni rəhbərliyindən narazı olan “Mahmudovçular”

Pərdə arxasında saxlanan xeyli başqa sirlər də var. Rüsvayçı əməlləri ilə parlament tarixini ləkələyən keçmiş spiker Oqtay Əsədovun illərdir bərabər olduğu köməkçisi və qeyri-rəsmi həyat yoldaşını Sahibə Qafarova işdən dərhal azad etmişdir. Diqər “Mahmudovçular” da işdən uzaqlaşdırılmışdır. Həmin ərəfədə, XDMX rəhbərliyi Oqtay Əsədovun qohumu Rəşadı dərhal işdən azad etdi. O, O.Əsədovun tapşırığı ilə Eldar Mahmudovun tapşırıqlarını yerinə yetirirdi. Bir neçə deputat barədə məlumatları toplayıb təhvil verirdi O.Əsədova. O, da öz növbəsində ötürüdü məlumatları E.Mahmudova. Artıq sirr deyil ki, O.Əsədov Məhriban Əliyeva haqda məlumatları da E.Mahmudova ötürürdü. İndi isə keçmiş mühafizə rəisi Rəşad sevinir ki, “Parlamentin qapılarını bağlı saxlaya bilmədirlər”, “Sahibə Qafarova müəllimədir, Milli Məclisi neçə saxlayacaq”, “Yeni mühafizə rəisi təqaüdçü Artur Rəsizadənin adamıdır və onun yeri deyil”, “Administrasiyada Ədalətin torbasıdır”, “Bu hakimiyyət tezliklə deyişəcək”, “Klanlar vurdu Oqtay müəllimi”, “Qorxmaz Hüseynov Naxçıvan klanına özünü satıb” və s kimi fikirlər söyləyir. Bu təxribat xarakterli çağırışlar da diqər deputatlara çatır.

Narazı mühafizə rəisin narazılığını anlamaq olar. O vaxtilə öz müğənni olan dostu Günaya görə MM-də olan mandatla yolu bağlatdırıb, ona xüsusi polis müşayiəti qoşurdu, bayram günlərində onun üçün xüsusi “salyut” təşkil edirdi. Çox da Rəşadın tabeçiliyində olan XDMX zabitləri spikerin qohumu olan rəislərinə bir söz deyə bilmirlər, axı söhbət qulaqdan-qulağa yayılıb başqalarına da gedib çatır. Görün iş nə yerə çatıb ki, MM-nin dəhlizlərində artıq parlamentin “birinci ledisi” statusuna görə bir neçə xanım arasında gizli savaş getdiyi danışılır və onları dövlətin Vitse-Prezidenti ilə müqayisə edirdirlər…

“Mahmudovçu” spikerin Nyu-Yorkdan Bodruma aparan yol ya da kanalizasiyadan niyə pis qoxu gəlir

Pandemiya dövründə camaatı qəzəbləndirən, susuz qalmış Abşeronun deputatın Bodrumda mülkü sürpriz oldu. Şəhəri üfünət bürüyüb, kanalizasiya partlayıb, pis qoxu gəlir, Əsədovların vilları isə əsas müzakirə predmetidir. Camaat deyirdi ki, artıq vaxt yetişib ki, xalq Qorxmaz Hüseynovu və Azərsu ASC-nı audit etsin. Sual yaranır, görəsən, Qorxmaz Hüseynovun həyat yoldaşında nələr var Türkiyədə və ABŞ-da? Olmamış olmaz. Baxın, bu “Azərsu”da nə gədər yeyinti var ki, bunların malı-mülkü bitmək bilmir. Ümumiyyətlə, “Azərsu”nun bütün rəhbər heyyətini audit etmək lazımdır, əsasən də onların ailə üzvlərini. Əmin olun ki, bu xalq üçün böyük sürpriz olacaq. Bu həftə karantində olan xalq iki qat şok keçirdib. Məlum oldu ki, Əsədovun ailə üzvləri ABŞ-da bir neçə mülk alıblar. Nyu-York qalmaqalından sonra bəlli oldu ki, Əsədov Bodrumda bankrot olmuş “mahmudovçu” bankir Ç.Əsədullayevlə qonşuluqda böyük bir villası var.

Bu yaxınlarda ölkədə ildırım kimi xəbər yayıldı: “Oqtay Əsədovun Nyu-Yorkda 1.825.000 dollarlıq mənzil almaq almaq sevdasını ehtimal ki, Moskvada bahalı “Kapriz” gecə klubunu almaq qərarı pozdu. Amma Əsədovlar dəbdəbəli mülk almaq istəklərini Türkiyədə reallaşdırdılar. Azərbaycanın keçmiş spikerin ailəsi Bodrum yaxınlığında, Egey sahilindəki Kızılburun Gündoğan məhəlləsində, MY BLUE RESIDENCE-dəki lüks villaların birinə müştəri çıxdı. Bura Türkiyənin və dünyanın zənginlərinin üz tutduğu məkandır, mülklərin dəyəri 1.5-4 milyon lirə arasında dəyişir.”

Bu barədə məşhur araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb. O bildirib ki, Əsədovların sövdələşdikləri özəl hovuzlu lüks villa Gündoğan, Kizilburun Mevkii Tankay Sitesi Arkasi 463 Parsel No: 6-dadır: “Bura keçmiş deputat və bankir Çingiz Əsədullayevanın qonşuluğundadır. Həmin Əsədullayev ki, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun adamı kimi tanınırdı. Əsədovların villaya konkret olaraq nə qədər ödədikləri bəlli deyil. Amma villa hazırda kürəkəni tərəfindən hotel kimi idarə olunur və günlük icarəyə (bir nəfər üçün günlük 144 dollar) təklif edilir. Sual yaranır, Türkiyədə və ABŞ-da mülk qalmaqalına görə Qorxmaz Hüseynov Oqtay Əsədovun yeyintisinə görə cavab verəcək?

Oqtay Əsədovun deputat toxunulmamazlığı götürülə bilər?

Bu ay isə Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Parlament Aparatının beynəlxalq əlaqələr şöbəsinin keçmiş əməkdaşı Rəhim Axundovun şikayətinə baxılıb. Peşakar kadr, R.Axundov işdən dini mənsubiyyət ayrı-seçkiliyi ilə əlaqədar, daha doğrusu, xristianlığı qəbul etdiyinə görə azad edilib. Bu respublika üçün böyük biyabırçılıqdır. R.Axundov O.Əsədovun həbsini tələb edir. Təsəvvür edin, iki il öncə müsəlman şərqində ilk parlamentli respublikanın yaranmasını qeyd etdik. Həmin il də Parlament striptiz qalmaqalına görə buraxıldı. Həmin il də dini mənsubiyyətinə görə Parlament rəhbərliyi tərəfindən günahsız bir adam, R.Axundovı işdən azad olundu.

1918-ci il may ayının 28-də yaranan Azərbaycan Parlamentinin 102 yaşı tamam oldu. Çox ağır siyasi şəraitdə fəaliyyətə başlayan o parlamentin ilk sədri böyük bir dövlət adamı idi – Əlimərdan bəy Topçubaşov. Topçubaşov sözün əsl mənasında böyük intellekt və ləyaqətli siyasi xadim idi. Elə bir şəxsiyyət ki, həyatı boyunca əsla prinsiplərinə xəyanət etmədi. Təmsil olunduğu hökumətdə o da digər cümhuriyyət sevdalıları kimi həyatını güclü, demokratik, modern bir dövlət qurulmasınahəsr etdi.

O vaxtdan düz 102 il keçib və elə böyük kişilərin min bir əziyyətlə yaratdıqları parlamentin indiki durumu adama qan ağladır. Yeni sədr Sahibə Qafarova “Mahmudovçu” spiker Əsədov tərəfindən bərbad vəziyyətinə salmış Parlamentin imicini düzəltmək istəyir və bu istiqamətdə ciddi iş aparır. Lakin, Əsədovun ətrafında qalmaqallar Sahibə Qafarovaya maneələr törədir. Diqər tərəfdən, xalq anlamaqa başlayıb ki, “Azərsu”da xüsusi təyinatla yer tutan məmurların hansını silkələsən, üstündən ən azı, on beş-iyirmi milyon tökülər. “Mahmudovçu” spiker “Azərsu”ya da problem yaratdı. Onun qalmaqallarına görə, insanlar indi anlayır niyə rayonlar susuz qalıb. Belə ki, millət vəkili adına ləkə olan “mahmudovçular” on illər ərzində şərəfli babalarımızın qurduğu o müqəddəs parlamenti nifrət hədəfinə çevirməyi çox məharətlə bacardılar. Xalq adına rüsvayçılıq olan bu Türkiyədə villa və Nyu-Yorkda pentxauz qalmaqalı hansı ölkədə baş versəydi, parlament o deputatı çoxdan yola salmışdı. Dünyanın müxtəlif ölkələrində çoxmilyonluq varidatı olan, deputat Abşerona lazımdır?

Ümumiyyətlə, Əsədovun Parlamentdə və Azərsuda yarıtmaz fəaliyyəti Abşeron camaatı hakimiyyət arasındakı körpüləri bu şəkildə uçurmaqla məşğuldur. Karantinə görə insanlar aqressiv, gərgindirlər, iş və maddi sıxıntılar xirtdəyə çatıb, üstəlik, belə şəraitdə milləti susuz qoyublar. Vaxtilə əgər Əsədov özünə villalar tikməsəydi, bunlar baş verməzdi. Milləti susuzluqla imtahana çəkməsi, incitməsi prezidentə təxribatın bir növüdür. Sosial mediaya diqqət edin: insanlar su probleminə görə təkcə Oqtay Əsədovun “Azərsu” ASC-də yeyintisini yox, həm də hökumətin idarəçiliyində günah axtarırlar. Dövlətin idarəetmə sistemi hədəfə çıxarılır və “Azərsu” ASC karantin günlərində su məşəqqətinə görə üzrxahlıq belə etmir.