Büdcəni talan edən 5 iri vergi ödəyicisi hansıdır?

Azal, “Azəriqaz”, “Azərenerji”, “Azərsu”, “Azərbaycan Dəmir Yolları“, “Xəzər Dəniz Gəmiçiliyi” büdcədən ora ödədiyindən 11 dəfə çox vəsait götürüb

ADR sədri, iqtisadçı alim Qubad Ibadoğlu

Anoloqu olmayan Azərbaycanda iri vergi ödəyiciləri büdcəyə ödədikləri ilə müqayisədə büdcədən 11 dəfə çox vəsait götürüblər.

Ötən il 5 iri vergi ödəyicisi birlikdə büdəcəyə 184,9 milyon manat ödəniş müqabilində büdcədən 2 milyard 45 milyon manat alıb.

Hesablama Palatası tərəfindən 6 iri dövlət vergi ödəyicisi üzrə dövlət büdcəsindən icra olunan vəsait ilə onların dövlət büdcəsinə ödənişləri (vergi orqanları tərəfindən daxilolmalar) müqayisə edilmişdir. Müqayisə göstərir ki, 2019-cu ild’ “Azərbaycan Hava Yolları” QSC istisna olmaqla “Azəriqaz” ASC, “Azərenerji” ASC, “Azərsu” ASC, “Azərbaycan Dəmir Yolları“ QSC, “Xəzər Dəniz Gəmiçiliyi” QSC tərəfindən dövlət büdcəsinə ödənilən vergi və digər ödənişlərin məbləği həmin müəssisələr tərəfindən dövlət büdcəsindən icra olunan vəsaitdən az olmuşdur.
Bir sözlə, iştehlakçılara işıq, qaz və su satan dövlət şirkətləri ödənişləri tam və vaxtında yığmasına baxmayaraq dövlət büdcəsinə əlavə yük olmuşdur. Belə ki, 2019-cu ildə “Azərbaycan Dəmir Yolları“ QSC büdcəyə 10,8 milyon manat ödənişin müqabilində büdcədən 652 milyon manat alıb, “Azəriqaz” ASC büdcəyə 34,2 milyon manat ödəniş müqabilində büdcədən 462,3 milyon manat vəsait alıb, “Azərsu” ASC büdcəyə 24, 6 milyon ödəniş müqabilində büdcədən 483,7 milyon manat alıb, Azərenerji” ASC büdcəyə 90,8 milyon manat ödəniş müqabilində büdcədən 403 milyon manat alıb, “Xəzər Dəniz Gəmiçiliyi” QSC büdəcəyə 24,5 milyon manat ödəniş müqabilində büdcədən 44 milyon manat alıb. Bir sözlə 5 iri vergi ödəyicisi birlikdə büdəcəyə 184,9 milyon manat ödəniş müqabilində büdcədən 2 milyard 45 milyon manat alıb.