AXCP fəalı 15 gün müddətinə həbs edilib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Qaçay Qafarov iyulun 6-da 15 sutka müddətinə inzibati qaydada həbs olunub. 

Göyçay Rayon Məhkəməsi Qafarovu İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəni (polisə tabe olmama) pozmaqda təqsirli bilib. 

Bu barədə AXCP-dən bildiriblər.