Gəncədə AXCP fəalı saxlanılıb


Xalq Cəbhəsi Partiyasının fəalı Firdovsi Əmrahov dünən ölkənin qərbində Gəncə şəhərində saxlanılıb.

AXCP-dən verilən məlumata görə, Əmrahov saxlanıldıqdan sonra Bakıya gətirilib.

Əmrahovun facebook-dakı hesabı silinib, bu da onun sosial şəbəkələrdə fəaliyyəti ilə əlaqədar saxlanıldığını hesab etmək üçün əsas verir.

AXCP-dən bildiriblər ki, pandemiyanın başlanğıcından etibarən 20 partiya fəalı inzibati qaydada həbs edilib, üç nəfərə qarşı cinayət ittihamı irəli sürülüb, bir nəfər isə psixiatriya xəstəxanasına yerləşdirilib.

DİN-dən şərh almaq mümkün olmayıb.