
AND İdarə Heyətinin üzvü Elnur Sadıqov
Biz hər dəfə Əliyev rejimini AXCP – yə təzyiqlərdən çəkinməyə çağıranda və bu təzyiqlərin hakimiyyətin özü üçün başağrısı olacağını yazanda hakimiyyət də, daxil olmaqla bəziləri bizi mənasız danışmaqda və sadəlövhlükdə ittiham edirdi. Dünən, Yasamalda başlayan etirazların qarşısında hakimiyyətin sərgilədiyi davranış bizim hakimiyyətə etdiyimiz xəbərdarlıqlarda nə qədər haqlı olduğumuzu göstərdi.
Hakimiyyət dövlətin legitim zorundan davamlı olaraq cəbhəçilər üzərində qanunsuz istifadə etməklə onun çəkindiricilik funksiyasını artıq korşaldıb. Vətəndaşlar artıq legitim zoru ədaləti və asayişi bərpaedici alət yox, özbaşnalıq, qisasçılıq, zorakılıq kimi qavrayır. Onlar bu nəticəyə gəlməkdə də haqlıdırlar. Həqiqətən də hakimiyyət illərdir legitim zordan sui-istifadə etməkdədir. Dövlət özünü bu baxımdan tükədib.
Dövlət yaxud siyasi hakimiyyət ictimai rəyə təsir qabiliyyətli şəxsləri AXCP – yə və digər müxaliflərə qarşı söyüş, böhtan kampaniyalarında istiraka sövq etməklə onları ictimai nüfüzdan məhrum edib. Həssas məqamda hakimiyyətin ictimaiyyət önünə çıxaracağı adamı qalmayıb. Xidmətlərində olan adamlar isə əksinə ictimai qəzəbi daha da artırır. Hakimiyyət bu istiqamətdə də özünü tükədib. AXCP – yə edilən basqıların, böhtan və söyüş kampaniyalarının hakimiyyəti möhkəmlətmədiyi, əksinə zəiflətdiyinə şahid oluruq.
İndi də, AXCP hakimiyyəti ciddi və real islahatlar aparmağa, bunun üçün predmetli dialoqa çağırır. Bir azdan gec olacağını, bir müddət donra dialoq imkanlarının da tükənəcəyinə dair xəbərdarlıqlar edir. Hakimiyyət isə manipulyasiyalarla məşğuldur. Əvvəlki qaydada çağırışları qulaqardına vurur. Yaxın gələcəkdə fərqli gerçəkliklə üzləşəndə buraxdıqları səhvləri anlayacaqlar.