Daha bir icra hakimiyyəti başçısı həbs edilib

Dövlət Təhlükəsizlik Xidməti aprelin 29-da səhər saatlarından Biləsuvar rayon İcra Hakimiyyətinin binasında əməliyyat həyata keçirir. Yerli sakinlərin sözlərinə görə, bina bir neçə polis dəstəsi tərəfindən mühasirəyə alınıb. Qeyri-rəsmi məlumatlara görə, icra hakimiyyətinin başçısı və onun birinci müavini həbs edilib.

DTX-nin mətbuat xidmətindən şərh almaq mümkün olmayıb.

Həbs xəbəri təsdiqini taparsa, bu, beşinci belə hadisə olacaq. Sonuncu dəfə bu həftə İsmayıllı şəhər İcra Hakimiyyətinin nümayəndəsi korrupsiyaya görə saxlanılıb. 

Contact.az