İlham Əliyev istefa verməlidir?

Aprel şəhidləri unudulmaz və bu nəticələrlə prezident postu tutmaq olmaz 

Son 17 il aydın şəkildə göstərdi ki, İlham Əliyev heç bir parametr üzrə prezidentlik standartlarına uyğun gəlmir. Bu adam rəqiblərini həbs etdirməkdən, varidatını çoxaltmaqdan, imitasiyadan başqa heç nə bilmir. Onun göstərdiyi performansı mafiya başçıları da göstərir. Onun tutduğu yol anti-dövlət yoludur. Bu illər ərzində İlham Əliyev xalqın içinə girə bilmədi, vətəndaşa heç vaxt açıqlama vermədi, yerli jurnalistlər qarşısına çıxmadı, ölkədə həmrəyliyin, milli birliyin yaranması üçün heç bir addım atmadı və s. Əliyevin yarıtmazlığını konkret faktlarla göstərək. İlham Əliyevin prezidentliyi dövründə:

– yüksək vəzifələrə təyin etdiyi adamlar qatı cinayətkar, korrupsioner kimi üzə çıxdı və bu rəsmən təsdiq edildi
– dövlətin xarici borc yükü artdı
– milli valyuta 2 dəfədən artıq dəyər itirdi.
–  Azərbaycanın adı “qeyri-azad ölkə” siyahısına düşdü.
– Azərbaycanın adı beynəlxalq korrupsiya layihələrində hallandı, iri məmurların müxtəlif ölkələrdə var
-dövləti üzə çıxdı, neft pullarının səsi ofşor şirkətlərdən gəldi.
-seçki sistemi dəfn edildi, xalq seçkiyə qeyri
-ciddi təsisat kimi baxmağa başladı.
– ölkə vətəndaşının 30 faizi məmur banklarının girovuna çevrildi
– Müstəqil mətbuat məhv edildi
– Müəllim adı seçki saxtakarı kimi yaddaşlara hopdu
– yaltaqlıq, məddahlıq, yalanın alqışlanması dövlət siyasətinə çevrildi
-yüz minlərlə insan ölkəni tərk etmək məcburiyyətində qaldı
– atəşkəs dövründə minlərlə əsgərimiz şəhid oldu
-2016-cı ilin aprel ayında müzəffər ordunun hücumu Ermənistanın xahişi ilə dayandırıldı. 
-ölkədə repressiya idarəçilik formasına çevrildi
– ölkənin ən ləyaqətli, vətənpərvər, vicdanlı insanları işgəncələrdən keçirildi
-dövlətin milyardları mənasız idman yarışlarında havaya sovruldu
– ermənipərəst ölkələrə maliyyə yardımı adi hala çevrildi
– təhsil sistemi savadsızlığa sürükləndi
– vətəndaşın ölkə səhiyyəsinə etimadı sıfırlandı
– məhkəmə sistemi oyuncaq quruma çevrildi
-bütün sahələr məmurların monopoliyasına alındı
-ölkə Paşayevlərin şəxsi bostanına çevrildi
-dövlət təhlükəsizliyi ən zəif halqaya çevrildi
-qida təhlükəsizliyi təmin edilmədi
-xəstəliklər artdı
– ordu korrupsiya yuvasına çevrildi
– Qarabağ məsələsində heç bir uğur əldə olunmadı
– qeyri-neft sektoru şikəst qaldı, kənd təsərrüfatı lazımsız sahəyə çevrildi
-dövlət şüuru, milli kimlik məqsədli şəkildə öldürüldü
-ölkənin ən neqativ simaları, xalqın nifrət etdiyi adamlar başa çıxarıldı, fəxri adlarla bəzədildi
-əxlaqsızlıq geniş vüsət aldı
-siyasi mədəniyyət sıradan çıxarıldı, müxalifətə düşmən kimi baxıldı
– intiharlar adiləşdi-xalqa ögey münasibət ən yüksək səviyyədə təsdiqin tapdı-azad sahibkarlığın önü kəsildi
-yerli iş adamları məmur özbaşınalığına görə ölkədən qaçdı-heç bir seçkidə İlham Əliyev və komandası 10 faiz səs toplaya bilmədi
– “analoqsuz inkişaf” nağılı danışıb, analoqsuz tənəzzülə xidmət edild
i-ölkə başçısı səviyyəsində hər fürsətdə vətəndaş aldadıldı.
-məhz yürüdülən antimilli siyasət sayəsində düşmən Ermənistan iqtisadi azadlıqlar, siyasi azadlıqlar, demokratiya indekslərində Azərbaycandan önə keçdi.

Bu sıralamanı artırmaq da olar.  Amma bu sadalananlar bir prezidentin xalqdan üzr istəməsi, istefa verməsi üçün kifayət qədər ciddi faktlardı.İlham Əliyev kosmetik addımlarla, lent kəsməklə vətəndaşların gözünə kül üfürüb və dövləti həqiqi uğurlardan məhrum edib.Bu gün də Əliyev komandası dövlətin təməllərin sarsıltmağa davam edir və bu zehniyyət iş başında qaldıqca, ölkəni daha ağır fəlakətlər gözləyir.Nəticə bundan ibarətdir ki, İlham Əliyev 17 il ərzində Azərbaycanı zəiflətməyə, vətəndaşı səfil vəziyyətə salmağa xidmət edib.Belə bir tərcümeyi-halı olan adamın bu ölkəyə rəhbərlik etməyə mənəvi haqqı yoxdur.