Koronavirus Əliyevin axırına çıxacaq

Çətin sınaqdan “2” alan ölkə başçısı

Təssəvür edin, bu çətin anlarda da Əliyevlər xalqdan pul oğurlayır. Fonddan tapşırıqla pullar yalnız Paşa Holdinqa loyal şirkətlərə ayrılır. Dövlətin gücü, təhlükəsizliyi, inkişaf perspektivləri əsas etibarilə milli birlikdən asılıdır. Milli birlik üçün xalq-hakimiyyət bağlılığı əsas şərtdir. Yəni, xalq hakimiyyətinə güvənməli, inanmalıdır. Bunun mənada dövlətə rəhbərlik edən şəxsin üzərinə böyük məsuliyyət  düşür. Birinci şəxs öz nümunəsiylə xalqın sayğı və sevgisini qazanmalıdı. Onun siyasəti, zəkası, vətəndaşa münasibəti güvən yaratmalıdı.

Təəssüflər olsun ki, İlham Əliyev bu sınaqlardan həmişə “2” alıb və bu mənfi qiymətlərdən heç vaxt dərs çıxarmayıb. Bunun səhiyyə naziri hardadır heç bilinmir. Hakimiyyətdə olduğu dövrdə xalqın səsinə deyil, polis dəyənəyinə, zora, hüquqsuzluğa söykənib.  Vəzifəyə təyin etdiyi kadrların naqisliyi, yaltaqlığa imkanlar yaratması, korrupsiyaya meydan verməsi, ailəsinin bütün sahələri inhisara alması, cəmiyyətdə ona qarşı qıcıq yaradıb. Artıq onun “analoqsuz inkişaf”,  bəlkə yavaşlayaq”, “dünya bizə paxıllıq edir”, “yoxsulluğun kökü kəsilib”, “bizim siyasətimizin əsasın insan amili təşkil edir” kimi sözləri lətifəyə çevrilib, məzə obyekti olub.

Yəni, İlham Əliyev xalqla hakimiyyət arasında dərin uçurum yaratmaq üçün əlindən gələni edib. Bu ölkənin insanları sahibsiz olduğunu, onu təmsil edən hökumətin anti-milli mahiyyətini əyani şəkildə görür. Təbii ki, bu tendensiya nifrəti və qəzəbi artırır, partlayışı qaçılmaz edir. Bəli, İlham Əliyev koronavirus mərhələsinə çox pis reputasiya ilə daxil oldu. Növbəti dəfə analoqsuz inkişafın nağıl olduğu, kənd təsərrüfatıyla bağlı deyilənlərin yalan olduğu üzə çıxdı. Vətəndaşlar koronavirus bəlasının ilk günlərindən müşahidə etdi ki, hakimiyyət məsuliyyət hiss etmir, real vəziyyəti gizlədir, yenə də zorbalığa üstünlük verir. Bir tərəfdən xəstəliyə qarşı aciz vəziyyətdə qalmaq, bir tərəfdə maddi sıxıntılar, bir tərəfdə də gələcəklə bağlı qeyri-müəyyənlik insanlardakı narazılığı daha da artırır.

Bütün dünya ölkələri vətəndaşına sahib çıxır, maddi yardım göstərir, əməli fəaliyyətə keçir, YAP hakimiyyəti isə vaxt udmağa, adamlara pul verməməyin yolların axtarmağa köklənib. Digər tərəfdən neftin qiyməti kəskin düşür və bu tendensiya ağır gələcəkdən xəbər verir. Neft dəyər itirdikcə, Əliyev hakimiyyətinin nə qədər yarıtmaz, səhlənkar, məsuliyyətsiz olduğu üzə çıxır. Nəticə etibarilə ölkədə sosial-iqtisadi vəziyyət kəskinləşəcək və xalq İlham Əliyevdən izahat tələb edəcək.  Başqa bir səbəb xarici amillə bağlıdır. Faktiki olaraq Əliyev hakimiyyəti dünyada nüfuzunu itirməkdədi. Nüfuzlu beynəlxalq təşkilatlar, dünya mətbuatı Əliyevin repressiyalarından, virus bəhanəsiylə rəqiblərinə savaş açmasından danışır. Yəni, bəşəriyyətin koronavirusla mübarizə apardığı bir zamanda, İlham Əliyevin şərləmə siyasətinə yeni nəfəs verməsi, onu daha birmənalı göstərdi və reputasiyasına daha bir ləkə saldı.

Beləliklə, həm xalqın nifrəti, həm sosial- iqtisadi vəziyyət, həm də beynəlxalq münasibət Əliyevin limitin bitirir. Hansı ki, Əliyev koronavirus bəlasını fürsət bilərək, xalqla birliyə nail ola bilərdi,  siyasi məhbusları azadlığa buraxardı, müxalifətlə təhdid dilində deyil, dialoq dilində danışardı, oğurladıqları milyardların bir hissəsini xalqa yönləndirərdi və s. Yəni, belə çətin vəziyyətdə müsbət jestlərlə xalqdan ayrı düşmədiyini, bu xalqı təmsil etdiyini, içində xalq sevgisi olduğunu sübut edə bilərdi. Amma bu vəziyyətdə də bunun əksini gördük. Gördük ki, İlham Əliyev vətəndaşa qucaq açmaq, xalqın istəklərinə boyun əymək istəmir. 300 min ailəyə yardım etməklə özünü məsuliyyətdən qurtarmaq istəyir. Hətta əksəriyyət bu fikirdədir ki, koronavirus fonduna yığılan pullar da mənimsəniləcək. Azərbaycan xalqı həsədlə başqa ölkələrin hökumətlərinin addımların izləyir, belə bir hökumətinin olmasını arzulayır. Təbii ki, bu arzu və istəklər, bu qəzəb və nifrətlər İlham Əliyevin sonun yaxınlaşdırır.Əliyev koronavirusun axırına çıxa bilməsə də, koronavirus Əliyevin axırına çıxacaq.

Xalq bir daha əmin oldu ki, bu hakimiyyət və onun başında duran şəxs,  fövqəladə vəziyyətlərdə də əl uzatmağa, sahib çıxmağa qadir deyil. Bəli, xalqımız devalvasiya bəlasından sonra, koronavirus fəlakəti zamanı da onu təmsil edən hakimiyyətinin olmadığını gördü. Deməli, xalqın seçdiyi və xalqı sevən hakimiyyətə ehtiyac var. Bütün sadalananlar Əliyevin dalana dirəndiyini və bu “qiymət”lərlə sinifdə qalacağını göstərir. Mübarizlərimiz həbsxanalardan cıxacaq bu yaxınlarda. Çixmasa isə kecən ilin payızında baş vermiş mitinqlər təşkil olunacaq. İlham Mehribanla isə diqər məşhur diktatorların yanına yola salınacaqlar.