babek hesenov-yeni

Babək Həsənli barədə həyəcanlı xəbər

Siyasi məhbus, Qarabağ qazisi, AXCP funksioneri Babək Həsənli ilk baxışdan koronavirus simptomlarına bənzər xəstəliyə yoluxub. O, yüksək hərarət və boğaz ağrısından əziyyət çəkir. Bu barədə onun qardaşı Cavid Həsənli məlumat paylaşıb. Məlumata görə, eyni xəstəlik başqa məhbuslarda da var. Müəssisənin daxili imkanları ilə xəstəliyin öhdəsindən gəlmək isə mümkün deyil.
Babək Həsənli 7 saylı Cəzaçəkmə Müəssisəsindədir.