
İqtisadi Təhlil İnstitunun sədri Məhəmməd Talıblı
Devalvasiya kabusu iqtisadiyyatımın başında dolanan kimi rəsmilər çıxıb ictimaiyyətdə arxayınçılıq yaratmaq üçün valyuta ehtiyatlarımızın artıqlığını dilə gətirirlər. Bu günlərdə rəsmilərdən biri dedi ki, fiskal dayanıqlılığımız yerindədir, maliyyə ehtiyatlarımız 50 milyarddan, yəni ÜDM-un 106 faizindən çoxdur. Belə demək olar ki, hazırda dünyada belə bir ölkə yoxdur.”
Əvvəla qeyd edim ki, konseptual olaraq fiskal dayanıqlılıq anlayışı yalnız strateji valyuta ehtiyatlarında toplanan aktivlərin həcmi ilə məhdudlaşmır.
Fiskal dayanıqlılığın əsasən bu indikatorlar üzrə müəyyənləşir: (ı) Borc dayanıqlılığı, (ıı) Pensiya sisteminin dayanıqlılığı, (ııı) Səhiyyə sisteminin dayanıqlılığı, (ıv) Büdcə sisteminin dayanıqlılığı, (v) Vergi sisteminin dayanıqlılığı, (vı) Təbii resursla zəngin dövlətlərdə fiskal dayanıqlılıq aid edilir. Bunları ayrı-ayrılıqda növbəti təhlil yazımda ətraflı açıqlamağa çalışacam.
Amma dünyada belə bir rezervə malik olmadığına işarə edərək bir dünyaya baxmağımız lazm.
Norveçin cəmi 5 milyon nəfər əhalisi var. Pensiya Fondunda saxladıqları valyuta ehtiyatları 1 trilyon dollardan yüksəkdir. Adambaşına 200 min dollar düşür.
Azərbaycanın 10 milyon nəfər əhalisi var. 52 milyard dollarlıq valyuta ehtiyatları var. Adambaşına 5,2 min dollar düşür.
40 dəfəyədək fərqi görə-görə necə “dünyada belə ölkə yoxdur” demək olar?
Vallah, qurd ürəyi yeyiblər…